Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Teodor Şvann (alm. Theodor Schwann‎, 7 dekabr 1810, Neys - 14 yanvar 1882, Köln) — alman sitoloqu, histoloqu, fiyioloqu və Hüceyrə nəzəriyyəsinin həmmüəllifi

Şvann Teodor

  • Ana Səhifə
  • Vikipediya
  • Şvann Teodor

Teodor Şvann (alm. Theodor Schwann‎, 7 dekabr 1810, Neys - 14 yanvar 1882, Köln) — alman sitoloqu, histoloqu, fiyioloqu və Hüceyrə nəzəriyyəsinin həmmüəllifi

Şvann Teodor
alm. Theodor Schwann‎
Doğum tarixi 7 dekabr 1810
Doğum yeri Neys
Vəfat tarixi 14 yanvar 1882 (71 yaşında)
Vəfat yeri Köln
Elm sahəsi zoologiya
İş yerləri
  • Humboldt adına Berlin Universiteti
Alma-mater Bonn universiteti
Təhsili
  • Bonn Universiteti,
  • Humboldt adına Berlin Universiteti,
  • Vürtsburq Universiteti
Tanınır Hüceyrə nəzəriyyəsinin həmmüəllifi
Üzvlüyü
  • London Kral Cəmiyyəti,
  • İsveç Kral Elmlər Akademiyası,
  • Amerika İncəsənət və Elmlər Akademiyası,
  • Prussiya Elmlər Akademiyası[d],
  • Bavariya Elmlər Akademiyası[d],
  • Turin Elmlər Akademiyası[d] (1878),
  • Göttingen Elmlər Akademiyası[d]
Mükafatları elm və incəsənət sahəsində "Pour le Mérite" ordeni
"Kopli" medalı — 1845
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyat və fəaliyyəti

Teodor Şvana Neysdə qoyulmuş abidə

Teodor zərgər Leonard Şvanın ailəsində, dünyaya gəlmişdir. İbtidai sinifdən sonra Teodor Şvann əvvəlcə Neys, sonra Kölndə "Üç kral" - Marçel gimnaziyasına gedərək, 1829-cu ildə kamal attestatını alır. Yohannes Peter Müllerin rəhbərlik etdiyi və XIX əsrin bir çox görkəmli alman fizioloqlarının dərs dediyi Berlin universitetində tibb təhsili alır. Sonra o təhsilini Bonn, daha sonra isə Vürzburq və yenidən Berlində davam etdirmiş olur. Würzburqda oxuyarkən tələbə cəmiyyəti "Amicita"nın üzvü olur. 1836-cı ildə hələ Berlin universitetinin tələbəsi olarkən mədə şirəsində həzm enzimi pepsini aşkar edir. 1837-ci ildə Teodor Şvan işıq, hava və istinin təsirindən çürümənin və maya göbələklərinin təsirindən qıcqırmanın baş verməsini, izah etmişdir. Teodor Şvan 1838-ci ildə Katolik Löven universitetinin və 1848-ci ildə Lüttix universitetinin professoru seçilir. Teodor aşkar edir ki, şəkər və nişastanın qıcqırması həyati - bioloji bir prosesdir. O, eyni zamanda əzələ təqəllüsünü və sinir keçiriciliyini tədqiq edərək saya əzələsini və sonradan Şvan hüceyrəsi adlandırılan miyelin lifli akson çıxıntılarını aşkar etmişdir. Teodor Şvan ilk olaraq maddələr mübadiləsi haqqında mülahizələr yürüdərək, bunun əsasında embriologiyanın əsas: yumurta bir hüceyrə olub və ondan orqanizm inkişaf edir prinsiplərini formalaşdırmış olur.

Tədqiqatlarına əsaslanaraq Şvann Teodor və Mattias Yakob Şleyden ilk dəfə olaraq sübut etmişdirlər ki, hər bir orqanizmin quruluş vahidi hüceyrədir. Bitkilər, heyvanlar və bakteriyalar ümumi oxşar quruluşa malikdirlər.

Şvann Teodor bitki və heyvan hüceyrələrini müqayisə etmək üçün düzgün mövqe seçərək homologiya yaratmış olaraq sübut etmişdir ki, bitki və heyvan mənşəyli hüceyrə strukturları oxşardırlar. Mattias Yakob Şleydenın tədqiqatları nüvənin hüceyrə üçün əhəmiyyətini müəyyənləşdirmək baxımından çox qiymətli olmuşdur. Buna görə də onu əbəs yerə hüceyrə nəzəriyyəsinin həmmüəllifi saymırlar. Lakin onun hüceyrənin bölünməsində növənin funksiyasının səhv şərhi yanlış faktlara əsaslanırdı. 1838-ci ildə Şvann 3 tezisi, 1839-cu ildə "Heyvan və bitkilərin inkişaf və qurluşlarında oxşarlığın mikroskopik tədqiqatları" əsərində hüceyrə nəzəriyyəsi prinsiplərini göstərmişdir:

Birinci hissədə o, xorda və qığırdaqın elementar strukturlarının - hüceyrələrinin qurluşu arasındakı inkişaf oxşarlığı göstərmiş. Sonra o, sübut edir ki, digər toxuma və orqanların mikroskopik strukturları - hüceyrələri xorda və qığırdaqda olduğu kimidir. İkinci hissədə heyvan və bitki hüceyrələrinin oxşarlıqları göstərilir. Üçüncü hissədə isə nəzəriyyənin nəzəri prinsipləri göstərilmiş və dövrünün elmi səviyyəsinə uyğun heyvan və bitkinin eyni qurluşlu struktur vahidinə - hüceyrəyə malik olduqları sübuta yetirilmişdir. Şvann və Şleydon səhv olaraq hüceyrənin struktursuz hüceyrə olmayan maddədən yarandığını göstərmişlər.

Həmçinin bax

  • Hüceyrə nəzəriyyəsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şvann Teodor haqqında məlumat. Şvann Teodor nədir? Şvann Teodor nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Salvia absconditiflora

  • Fevral 27, 2026

    Ata qətli

  • Fevral 27, 2026

    Böyük Qeybəsı

  • Fevral 27, 2026

    Seneqal bayrağı

  • Fevral 27, 2026

    Çilov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst