Sultan Satıbəy xatun — Elxanilər dövlətinin xatunu; Əbu Səid Bahadur xanın anabir bacısı, əvvəlcə Əmir Çoban Sulduz, ardınca Sultan Arpa xan, sonda da Süleyman xanın xatunu.
| Sultan Satıbəy xatun | |
|---|---|
| fars. السلطانه العادله ساتی بک خان خلدالله ملکها | |
| |
(Çobanilərin iddiaçısı) | |
| 16 iyul 1338 – 1339 | |
| Əvvəlki | Məhəmməd xan |
| Sonrakı | Süleyman xan |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1300 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 1345(?) |
| Fəaliyyəti | siyasətçi |
| Atası | Sultan Məhəmməd Xudabəndə Olcaytu xan |
| Anası | Hacı xatun |
| Həyat yoldaşları | Əmir Çoban Sulduz (1319-1328) Sultan Arpa xan (1335-1336) Süleyman xan (1340-1345) |
| Uşağı | Əmir Surğan Sulduz |
| Ailəsi | Çingizlilər |
Həyatı
Satıbəy xatunun ilkin həyatına dair məlumat azdır. 1319-cu ildə Əmir Çoban Sulduz ilə evlənmişdi. 1327-ci ildə Əmir Çobanın üsyanından sonra əmir onu boşayaraq Əbu Səidin yanına göndərmişdi. 1334-cü ildə oğlu Əmir Surğan Sulduza Qarabağ hakimliyi verilərkən, o da oğlu ilə Qarabağa getdi. 1335-ci ildə Arpa xanla evləndi. 1336-cı ildə Arpa xanın ölümü ilə yenidən oğlunun yanına qayıdan Satıbəy xatun 1338-ci ilin iyulunda Əmir Həsən Sulduzun tərəfinə keçdi.
Hakimiyyəti
Əmir Həsən Sulduz həmin ay Satıbəyi Elxanilər dövlətinin xatunu elan etdi. Lakin bu hakimiyyət az çəkdi, 1340-cı ildə devrilərək zorla Süleyman xanla evləndirildi. Haqqında son məlumat 1345-ci ildə verilir.
Həmçinin bax
- Elxani hökmdarlarının siyahısı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Satıbəy haqqında məlumat. Satıbəy nədir? Satıbəy nə deməkdir?
