Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mirseyfəddin Kirmanşahlı (1892, Kirmanşah-1933, Tehran, İran) — azərbaycanlı aktyor, rejissor, tərcüməçi və dramaturq.

Mirseyfəddin Kirmanşahlı

  • Ana Səhifə
  • Vikipediya
  • Mirseyfəddin Kirmanşahlı

Mirseyfəddin Kirmanşahlı (1892, Kirmanşah-1933, Tehran, İran) — azərbaycanlı aktyor, rejissor, tərcüməçi və dramaturq.

Mirseyfəddin Kirmanşahlı
Digər adı Mir Kirmanşahlı
Doğum tarixi 1892
Doğum yeri Kirmanşah, Qacarlar dövləti
Vəfat tarixi 1933 (40–41 yaşında)
Vəfat yeri Tehran, İran
Vəfat səbəbi intihar edib
Milliyyəti azərbaycanlı
Fəaliyyəti aktyor
IMDb ID2151283

Həyatı

1892-ci ildə Tehran yaxınlığındakı Kirmanşahda doğulmuşdur. 1908-ci ildə Rusiyaya gəlmişdir.

İlk təhsilini Tiflisdə almış, sonra Moskva Teatr Texnikumunda oxumuşdur. Yaradıcılıq fəaliyyətinə Tiflisin Azərbaycan teatrında başlamışdır. Burada o, C. Məmmədquluzadənin "Ölülər"ində İsgəndəri, M. F. Axundovun "Hacı Qara"sında Heydər bəyi, Ş. Saminin "Dəmirçi Gavə"sində Gavə, N. Qoqolun "Müfəttiş"ində bələdiyyə rəisini və başqa rolları böyük ustalıqla ifa etmişdir. Onun gözəl səsi, hərəkətləri böyük səhnə mədəniyyəti tamaşaçılarda rəğbət hissi ilə qarşılanırdı. O, rejissor kimi bu teatrda E. Molyerin, "Jorj Danden", H. Cavidin "Uçurum", C. Cabbarlının "Aydın", F. Şillerin "Qaçaqlar", N. Vəzirovun "Hacı Qənbər", Şekspirin "Hamlet" əsərlərini böyük ustalıqla tamaşaya qoymuşdu. 1919-cu ildə Ş. Kirmanşahlı Tiflisdəki Azərbaycan teatrının kollektivi ilə İstanbulda böyük müvəffəqiyyətlə çıxış etmişdi.

Mirseyfəddin Kirmanşahlı Bakı və Tiflis teatrlarında uzun müddət aktyor, rejissor, tərcüməçi və dramaturq işləmişdir. O, həm də "Bismillah" və "Gilan qızı" filmlərində çəkilmiş və mətbuat səhifələrində teatr sənəti haqqında çoxsaylı məqalələrlə çıxış etmişdir. 1919-cu ildə Tbilisi Azərbaycan Teatrı truppasının aktyorları ilə birlikdə İstanbulda qastrolda olmuşdur. Kirmanşahlı 1920-ci illərdə həmçinin Bakı Azad Tənqid-Təbliğ Teatrında, Azərbaycan Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərmiş, Bakı Teatr Texnikumunda dərs demişdir. Kirmanşahlının tamaşaları kütləvi səhnələrin dolğunluğu, aktyor oyununun təbiiliyi ilə fərqlənmişdir. O, 1930-cu ildə İrana qayıdır. Təbrizdə teatr truppasına rəhbərlik edir, İran teatr səhnələrində Ü. Hacıbəyovun "O olmasın, bu olsun" musiqili komediyasını "Leyli və Məcnun" operasını, M. F. Axundovun "Lənkəran xanının vəziri", Ə. Haqverdiyevin "Pəri cadu" və başqa əsərləri tamaşaya qoyur. Tehranda "Dramaturji Studiya" açaraq burada səhnə ustalığından dərs keçirdi. Onun yaradıcılığı İran və Cənubi Azərbaycan teatrı tarixində əhəmiyyətli yer tutur. Kirmanşahlı mütərəqqi ictimai görüşləri və siyasi əqidəsinə görə polis tərəfindən aramsız təqib olunduğundan 1933-cü ildə Tehranda intihar etmişdir.

Filmoqrafiya

  1. Bismillah (film, 1925) — rol: bəy (tammetrajlı bədii film)
  2. Gilan qızı (film, 1928) (tammetrajlı bədii film)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mirseyfəddin Kirmanşahlı haqqında məlumat. Mirseyfəddin Kirmanşahlı nədir? Mirseyfəddin Kirmanşahlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Döyüş raketi

  • Fevral 27, 2026

    Taun çöpü

  • Fevral 27, 2026

    Tor (mifologiya)

  • Fevral 27, 2026

    Ginkgoaceae

  • Fevral 27, 2026

    Yorğan

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst