Lüdviq Vitgenşteyn (26 aprel 1889[…] – 29 aprel 1951[…], Kembric, Birləşmiş Krallıq) — Avstriya filosofu, analitik fəlsəfənin banilərindən və XX əsrin ən parlaq filosoflarından biri. Bəziləri onu İmmanuel Kantdan sonra günümüzə qədərki dövrün ən böyük filosofu hesab edir.
| Lüdviq Vitgenşteyn | |
|---|---|
| alm. Ludwig Josef Johann Wittgenstein | |
| |
| Doğum tarixi | 26 aprel 1889[…] |
| Vəfat tarixi | 29 aprel 1951[…] (62 yaşında) |
| Vəfat yeri | |
| Vəfat səbəbi | prostat xərçəngi |
| Elm sahəsi | fəlsəfə |
| Elmi dərəcəsi |
|
| İş yerləri |
|
| Təhsili |
|
| Elmi rəhbərləri | Bertran Rassel, Frenk Ramsey, Corc Edvard Mur |
| Mükafatları | |
![]() | |
| wittgen-cam.ac.uk | |

Vitgenşteyn qərb fəlsəfəsində iki inqilabi yeniliyin müəllifi kimi tanınır. Bunlardan birincisi onun "Məntiqi-fəlsəfi traktat" əsərinin Vyana dərnəyinə təsiri və nəticədə məntiqi pozitivizmin yaranması, ikincisi isə dilin təbiəti və quruluşuna dair "Fəlsəfi tədqiqatlar" əsəri ilə bağlıdır.
Həyatı
Vitgenşteyn 1889-cu ilin 26 aprelində Vyanada yəhudi mənşəli avstriyalı poladtökmə sənayesi maqnatı Karl Vitgenşteynin ailəsində dünyaya gəlmişdir. Ata babası German Xristian Vitgenşteyn yəhudi olmuş, lakin Saksoniyadan Vyanaya köçdükdən sonra protestantlığı qəbul etmişdir.
Mühəndis sənətini öyrənməyə başlayan Vitgenşteyn sonralar onun marağını uçan aparatların quraşdırlımasından fəlsəfi problemlərin riyazi əsasda tədqiqinə yönəldəcək Qotlab Freqenin işləri ilə maraqlanmağa başlayır. Bəzi məlumatlara görə Vitgentşteyn bir neçə dəfə Freqe ilə görüşür və sonuncu ona Vitgenşteynin məşğul olduğu mövzulara dair Rasselin əsərləri ilə maraqlanmağı tövsiyə edir. 1911-ci ildə Vitgenşteyn Kembricə yollanır və o burada Rasselin tələbəsi, köməkçisi və dostuna çevrilir.
1913-cü ildə o Avstriyaya qayıdır və 1914-cü ildə könüllü şəkildə cəbhəyə yollanır. Döyüş əməliyyatları və hərbi əsirlər üçün düşərgəyə düşməsinə baxmayaraq o bu illərdə özünün "Məntiqi-fəlsəfi traktatını" tamamlayır. Əsər 1921-ci ildə alman, növbəti il isə ingilis dilində işıq üzü görür. Əsərin nəşri Avropa fəlsəfəsində böyük əks-səda doğurur. Vitgenşteyn isə Traktatda bütün fəlsəfi problemlərin həll olunduğunu zənn edərək kənd məktəblərinin birində müəllim kimi çalışır. 1926-cı ildə o hələ də bəzi problemlərin həll olunmadığını, traktatının isə yanlış şərh olunduğunu və ən nəhayət əsərdə bəzi fikirlərin yanlış olduğunu anlayaraq Kembricə qayıdır və yenidən fəlsəfə ilə məşğul olmağa başlayır.
Bu vaxtdan 1951-ci ilə kimi Vitgenşteyn yeni dil fəlsəfəsini işləyib hazırlayır. Bu dövrə aid ən mühüm əsəri "Fəlsəfi tədqiqatlar" olur.
Ümumiyyərlə isə filosofun fəaliyyəti iki başlıca mərhələyə bölünür. Traktatla təmsil olunan ilkin dövr, "Fəlsəfi tədqiqatlar "la, eləcə də "Mavi" və "Qəhvəyi kitablar" la təmsil olunan son mərhələ.
Məntiqi-fəlsəfi traktat

Quruluşca "Məntiqi-fəlsəfi traktat" izahlı cümlələrdən ibarət şaxəli sistemlə müşayiət olunan yeddi aforizmdən ibarətdir. Tərkibcə əsər əsas fəlsəfi problemləri dünya və dil nöqteyi nəzərindən izah edən nəzəriyyədən ibarətdir:
- Dil və kainat – Vitgenşteyn fəlsəfəsinin mərkəzi anlayışı. Traktatda bu iki məfhum güzgü əksi kimi dururlar; dil dünyanı əks etdirir. Çünki dilin məntiqi quruluşu dünyanın ontoloji quruluşuna eynilik təşkil edir.
- Kainat əksər fəlsəfi sistemlərin güman etdiyi kimi obyektlər deyil faktlardan ibarətdir. Kainat bütün mövcud faktların yığımıdır. Faktlar sadə və mürrəkkəb ola bilər.
- Obyektlər odur ki, qarşılıqlı əlaqəyə girdikdə faktlar əmələ gətirirlər. Obyektlər onlara bu və ya digər münasibətə girməyə imkan verən məntiqi forma – xassə yığımlarına malikdir.
- Dildə sadə faktlar sadə cümlələrlə təsvir olunur. Adlar yox, sadə faktlar sadə dil vahidləridir.
- Bütün dil- kainatda olan hər şeyin, yəni bütün faktların tam təsviridir.
- Dil eyni zamanda mümkün faktların da təsvirinə imkan verir. Belə bir dil məntiq qanunlarına tabe olur və formalizasiyaya imkan verir. Məntiq qanunlarını pozan və ya müşahidə olunan faktlara aid olmayan bütün cümlələr Vitgenşteyn fəlsəfəsində mənasız qəbul olunur. Belə ki, etika, estetika və metafizika cümlələri mənasız sayılmalıdır.
- Lakin Vitgenşteynin qətiyyən bu sahələrin əhəmiyyətini azaltmaq niyyəti olmamış, sadəcə onlarda istifadə olunan dilin yararsızlığını israr etmişdir. " Nə haqqda ki danışmaq olmur, o haqda susmaq lazımdır" Traktatın sonuncu aforizmidir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Lüdviq Vitgenşteyn haqqında məlumat. Lüdviq Vitgenşteyn nədir? Lüdviq Vitgenşteyn nə deməkdir?

