Badara — Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun Xocalı rayonununun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd.
| Badara | |
|---|---|
![]() Xocalı rayonunun Badara kəndi, 2025-ci ilin sentyabr ayı | |
| 39°55′27″ şm. e. 46°39′45″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Qarabağ iqtisadi rayonu |
| Rayon | Xocalı rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 471 m |
| Saat qurşağı |
|
![]() Badara | |

Toponimika
Yuxarı Qarabağın Xaçın nahiyəsində kənd adı. Azərbaycanda dağlıq ərazilərə xas olan kiçik əkin sahəsinə badar deyilir. Oykonim "kiçik əkin sahəsi olan yer" mənasını daşıyır.
Coğrafiyası
Badara kəndi rayon mərkəzi — Xocalı şəhərindən 15 km məsafədə, Badara çayının sol sahilində, dağlıq ərazidə, Qarabağ silsiləsinin ətəyində yerləşir.
Daşbulaq, Badara, Xanyeri, Qayabaşı, Suncinka kəndləri Azərbaycanın Xocalı rayonunun Daşbulaq kənd inzibati ərazinin tərkibindədirlər, Daşbulaq kəndi də bu kənd inzibati ərazi dairəsinin mərkəzidir.
Tarixi
Keçmişdə Xaçın nahiyəsində kənd olub. Qarabağ xanı İbrahim xana məxsus mülklərin siyahısında adı Badarat kimidir. 1828-ci ildə İrandan köçürülmüş ermənilər burada yerləşdirildikdən sonra Ptresek adlandırılmışdır. Gürcüstanda Başeti adı ilə eynidir.
1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə separatçı rejim tərəfindən Dağlıq Qarabağda keçirilmiş əhalinin siyahıyaalmasına əsasən Badara kəndinin əhalisinin faktiki sayı 827 nəfər, qeydiyyatdakı əhalinin sayı 849 nəfər təşkil edirdi.
Mövcud vəziyyəti
İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 9-10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Badara kəndində Rusiya Sülhməramlı qüvvələri xidmət göstərmiş, Azərbaycan Silahlı Qüvvələrinin 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qaytarılmışdır.
Həmin vaxtdan kənddə sosialyönümlü bir sıra layihələr icra edilmişdir. Məsələn, mövcud elektrik və qaz xətləri bərpa olunub, transformator quraşdırılıb, sayğaclaşdırma işləri görülüb, yeni qaz xətti çəkilib, rabitə xətləri üçün dirəklər basdırılıb, 2025-ci ilin sentyabr ayında kabelin çəkilişi həyata keçirilməkdə idi.
Kənddə park və bayraq meydanı yaradılıb, yollara asfalt döşənib.
2025-ci ilin sentyabr ayında kəndin ərazisində ümumilikdə 313 fərdi ev var idi ki, onlardan da 55-i yararsız, 258-i isə qismən yararlı idi. İlkin olaraq, 12 sentyabr 2025-ci ildə 14 ailə (55 nəfər) kəndə köçmüşdü.
15 sentyabr 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Badara kəndində olmuşdu.
Tanınmış şəxsləri
- Cəlal Harutyunyan (d.1974) — General–leytenant, Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusunun keçmiş komandiri, Qondarma Dağlıq Qarabağ Respublikasının keçmiş müdafiə naziri.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Badara haqqında məlumat. Badara nədir? Badara nə deməkdir?

