Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fevral inqilabından (1917) sonra sol eserlər partiyasının müsəlman bölməsi kimi təsis edilmiş, 1918-ci ilin martından isə sol eserlər partiyasının Əkinçi Partiy

Əkinçi Partiyası

  • Ana Səhifə
  • Vikipediya
  • Əkinçi Partiyası

Əkinçi Partiyası — Azərbaycanda sol eserlər partiyası.

Əkinçi Partiyası
Sədri Mir Həsən bəy Vəzirov, Ruhulla Axundov
Quruluş tarixi 1917
Dağılma tarixi 11 fevral 1920
Birləşən Ədalət Partiyası
Hümmət Partiyası
Sələfi İttifaq Partiyası
Baş qərargah
  • Bakı
İdeologiya kommunizm

Mündəricat

Tarixi

Yaranması

Fevral inqilabından (1917) sonra sol eserlər partiyasının müsəlman bölməsi kimi təsis edilmiş, 1918-ci ilin martından isə sol eserlər partiyasının Əkinçi Partiyası kimi fəaliyyət göstərmişdir. Təşkilatın sədri Mir Həsən Vəzirov idi. O, 1918-ci il aprelin 25-də yaradılmış Bakı Xalq Komissarları Sovetində (XKS) torpaq komissarı vəzifəsinə seçilmişdi.

Ruhulla Axundov, Əhməd Əhmədov, Rəhim Hüseynov, Həbib Cəbiyev, Əli Bayramov, Eyyub Xanbudaqov və b. partiyanın fəal üzvləri idilər. Partiya, əsasən, Bakı fəhlələri arasında fəaliyyət göstərir və solçu taktika yürüdürdü. Digər sosialist partiyaları kimi, sol eserlər də, ayrı-ayrı ziyalı qrupları istisna olmaqla, zəhmətkeş azərbaycanlı kütlələri arasında güclü nüfüza malik deyildi.

Xalq Cümhuriyyətində

1920-ci ildə Bakıda kommunistlərə ilk yaxınlaşan və onlarla sıx əməkdaşlıq edən məhz Azərbaycan sol eserləri idi. Bu partiya sağ eserlərdən (Xalqçı Partiyası) fərqli olaraq, Azərbaycan Xalq Cümhuriyyət Parlamentində inqilabi sosializm və sovet hakimiyyəti mövqeyində dururdu. Onlar rus sol eserlərindən fərqli olaraq, milli məsələdə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin tam tanınması tərəfdarı idilər. Bu partiya bir çox cəhətdən Ukrayna sol eserlərinə bənzəyirdi.

Dağılması

Partiya 11 fevral 1920-ci ildə kommunistlərlə birləşərək Azərbaycan Kommunist Partiyasının təməlini qoysa da, bu, sol eserləri repressiyalardan xilas etmədi. Aprel işğalından sonra onların bir hissəsi güllələndi, digər qismi isə mühacirətə getməyə məcbur oldu.

Maddi-texniki bazası

Partiyanın fəaliyyətini özündə əks etdirən "Əkinçi" adlı mətbu orqanı nəşr olunurdu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əkinçi Partiyası haqqında məlumat. Əkinçi Partiyası nədir? Əkinçi Partiyası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Alma-mater

  • Fevral 26, 2026

    Kalium permanqanat

  • Fevral 26, 2026

    Senat

  • Fevral 27, 2026

    Lesoto gerbi

  • Fevral 27, 2026

    Üşnəviyyə

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst