Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ramil İdris oğlu Usubov (22 dekabr 1948, Xocalı, DQMV) — Azərbaycan siyasi xadimi, Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi. O, daha əvvəl A

Ramil Usubov

  • Ana Səhifə
  • Vikipediya
  • Ramil Usubov

Ramil İdris oğlu Usubov (22 dekabr 1948, Xocalı, DQMV) — Azərbaycan siyasi xadimi, Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi. O, daha əvvəl Azərbaycanın 7-ci daxili işlər naziri (1994–2019), Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri (1987–1989, 1993–1994) vəzifələrində çalışıb.

Ramil Usubov
Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi
Vəzifədədir
20 iyun 2019-cu ildən
    Prezidentİlham Əliyev
    Azərbaycan Respublikasının daxili işlər naziri
    29 aprel 1994 – 20 iyun 2019
    PrezidentHeydər Əliyev
    İlham Əliyev
    ƏvvəlkiVaqif Novruzov
    SonrakıVilayət Eyvazov
    Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri
    11 avqust 1993 – 29 aprel 1994
    SonrakıMürsəl İsayev
    Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport, Viza və Qeydiyyat İdarəsinin rəisi
    1991 – 1992
    Naxçıvan MSSR daxili işlər naziri
    1987 – 1989
    Şəxsi məlumatlar
    Doğum tarixi 22 dekabr 1948(1948-12-22) (77 yaş)
    Doğum yeri
    • Xocalı, Stepanakert rayonu, DQMV, Azərbaycan SSR, SSRİ
    Partiya
    • Sovet İttifaqı Kommunist Partiyası,
    • Yeni Azərbaycan Partiyası
    Təhsili
    • Rusiya DİN İdarəsinin Akademiyası[d]
    Fəaliyyəti dövlət qulluqçusu
    Rütbəsi
    General-polkovnik

    Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 19981998 "Şərəf" ordeni — 20232023 "Şöhrət" ordeni — 20182018 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20182018 "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Polisinin 90 illiyi (1918–2008)" yubiley medalı "Azərbaycan Polisinin 95 illiyi (1918–2013)" yubiley medalı "Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" yubiley medalı "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)" yubiley medalı "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)" yubiley medalı "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005–2010)" yubiley medalı "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005–2015)" yubiley medalı "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992–2012)" yubiley medalı "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992–2017)" yubiley medalı "Ədliyyə sahəsində fərqlənməyə görə" medalı "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993-2013)" yubiley medalı "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993–2018)" yubiley medalı "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı
    Sovet İttifaqı və Rusiya
    1-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalı 2-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalı 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı "Döyüş birliyinə görə" medalı
    digər dövlətlər
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Həyatı

    Ramil İdris oğlu Usubov 1948-ci il dekabrın 22-də Xocalı şəhərində İdris və Rəna Usubovların ailəsində anadan olmuşdur. 1966-cı ildən 1968-ci ilə qədər Sovet İttifaqı Silahlı Qüvvələrinin Şərqi Almaniyada yerləşən hərbi bazaların birində həqiqi hərbi xidmətdə olan Ramil Usubov 1972-ci ildə N. Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbini bitirmişdir.

    Ramil Usubov 1970-ci ildə daxili işlər orqanlarında xidmət etməyə başlamışdır. Cinayət-axtarış strukturlarında xidmət aparmış, 1975-ci ildən 1980-ci ilə qədər Şuşa rayon Polis Şöbəsində cinayət axtarış bölməsinin rəisi, 1980–1984-cü illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984–1987-ci illərdə isə Əli-Bayramlı (hazırkı Şirvan) şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrdə çalışmışdır.

    1987-ci ildə Ramil Usubov Naxçıvan MSSR daxili işlər naziri vəzifəsinə təyin edilmiş, 1989-cu ilədək bu vəzifədə işləmişdir. Həmin ildən 1991-ci ilə qədər Azərbaycan SSR Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin rəisi, 1991–1992-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992–1993-cü illərdə isə burada Kadrlar İdarəsinin şöbə rəisi olmuşdur.

    Ramil Usubov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 avqust 1993-cü il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri, Azərbaycan Respublikası Prezidentinin 29 aprel 1994-cü il tarixli 140 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilmişdir.

    Azərbaycan Respublikasının Prezidentinin 3 may 1994-cü il tarixli 144 nömrəli Fərmanı ilə Ramil Usubova general-mayor, 26 dekabr 1995-ci il tarixli 418 nömrəli Fərmanı ilə general-leytenant, 15 yanvar 2002-ci il tarixli 637 nömrəli Fərmanı ilə general-polkovnik hərbi rütbəsi verilmişdir.

    Ramil Usubov 20 iyun 2019-cu ildə Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilmiş və həmin tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilmişdir.

    Təltifləri

    • 24 dekabr 1998-ci ildə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.
    • 2009-cu ildə Polşa Prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə "Böyük zabit" ordeni ilə təltif olunmuşdur.
    • 29 iyun 2018-ci ildə Azərbaycan Polisinin yaranmasının 100 illiyi münasibətilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
    • 22 dekabr 2018-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
    • 25 dekabr 2023-cü ildə "Şərəf" ordeni ilə təltif edilmişdir.

    Ailəsi

    Ramil Usubov ailəlidir, Emil və Raul adında 2 oğul və 1 qız övladı var.

    • Emil Usubov (d. 1976) — polis general-mayorudur; 2004-cü ildə "İgidliyə görə" medalı ilə, 2018-ci ildə isə "Vətən uğrunda" medalı ilə təltif edilib.
    • Raul Usubov (d. 1979) — polis polkovnik-leytenantıdır; 2015-ci ildə "İgidliyə görə" medalı ilə təltif edilib.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ramil Usubov haqqında məlumat. Ramil Usubov nədir? Ramil Usubov nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Yorklu Eduard

    • Fevral 27, 2026

      Tarım şəhristanı

    • Fevral 27, 2026

      Çələbi xalçaları

    • Fevral 25, 2026

      Tərtər

    • Fevral 27, 2026

      İsmayıllı bələdiyyəsi

    Trend Mahnılar
    • Fevral 21, 2026

      Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

    • Fevral 17, 2026

      Xumar Qedimova - Dünya

    • Fevral 25, 2026

      Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

    • Fevral 21, 2026

      Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst