Avstriya-Macarıstan müqaviləsi (alm. Ausgleich, mac. Kiegyezés) - 1867-ci ildə Avstriya ilə Macarıstan dövlətləri arasında imzalanan və Avstriya-Macarıstan imperiyasının yaradılması ilə nəticələnən müqavilə .
Haqqında
1866-cı ildə Prussiya-Avstriya müharibəsi zamanı əldə edilən məğlubiyyət və alman ittifaqının dağılması nəticəsində Avstriya öz nüfuzunu itirmişdi. Bundan başqa artmaqda olan sosial və milli-siyasi təzadları aradan qaldırmaq üçün imperiyanın modernləşməsi, radikal islahatlar tələb olunurdu. 1867-ci ildə Avstriya və Macarıstan müqavilə (alm. Ausgleich) imzaladılar. Həmin vaxtdan Avstriya imperiyası Avstriya-Macarıstan dualist monarxiyası kimi çıxış etdi. Müqaviləni Avstriya tərəfdən imperator Frans İosif, Macarıstan tərəfindən isə Ferens Deak imzalamışdır. Müqavilənin şərtləri aşağıdakılardır :
- Avstriya-Macarıstan imperiyasının iki paytaxtı olacaq: Vyana və Budapeşt
- Hər iki bölgənin ayrı ayrılıqda baş naziri və parlamenti olacaq
- Avstriya-Macarıstan bir olaraq qalacaq
- Ordu və donanma ortaq bir xarici işlər nazirliyi tərəfindən idarə ediləcək
- Ortaq vətəndaşlıq olmayacaq.
- Müqavilənin şərtlərinə 10 ildən bir yenidən baxılacaqdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Avstriya-Macarıstan müqaviləsi haqqında məlumat. Avstriya-Macarıstan müqaviləsi nədir? Avstriya-Macarıstan müqaviləsi nə deməkdir?