Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mərkəzi Astrabad şəhəri olan Astrabad bəylərbəyliyi İsgəndər bəy Münşinin yazdığına görə, “keçmiş vaxtlarda Cürcan və Təbəristan valilərinin əyləşdikləri yer id

Astrabad bəylərbəyliyi

  • Ana Səhifə
  • Vikipediya
  • Astrabad bəylərbəyliyi

Astrabad bəylərbəyliyi— Səfəvilər dövlətinə bağlı bölgələrdən biri.

Əyalət
Astrabad bəylərbəyliyi
Bayraq
Bayraq
 — 
Paytaxt Astrabad
Rəsmi dilləri Azərbaycan dili, mazandaran dili
Bəylərbəyi
 • 1513-1527 Zeynal xan Şamlı  (ilk)
Tarixi
 • 1501 Yaranması
 • 1736 Səfəvilərin sonu

Mündəricat

Bəylərbəyliyin yaranması

Mərkəzi Astrabad şəhəri olan Astrabad bəylərbəyliyi İsgəndər bəy Münşinin yazdığına görə, “keçmiş vaxtlarda Cürcan və Təbəristan valilərinin əyləşdikləri yer idi...” “Bu vilayət bir tərəfdən Xəzər dəryasına birləşir...”. 1510- cu ildə Səfəvi torpaqlarına qatılan bu əyalətdə Oruc bəy Bayatın da təsvir etdiyi kimi 12 şəhər vardı.

Əhalisi

Mərkəzi şəhəri hesab olunan Astrabadın əhalisi 250 min nəfərdən (50 min evdən) çox idi. Astrabad əyaləti əhalisinin, o cümlədən də şəhər əhalisinin əsas hisəsini türk Gəraylı tayfası təşkil edirdi. Gəraylı obaları Xorasanın müxtəlif bölgələrində də məskun idilər. Boz Oxun Ağcalı oymağına bağlı olan Hacıların bir neçə obası isə Kəbud Məscid mahalında yaşayırdılar. Türkmən Qaraçöp obası, Göklən eli, Yomut eli də Astrabad vilayətində məskun olub, Göklən elinin ölkəsi Gürganda, Yomut elinin ölkəsi isə Astrabadın şimal-şərqində idi. XVIII əsrin əvvəllərində Astrabadın Gürgan çayı ətrafında Qacarlar da məskunlaşdırılmışdı. Astrabadda sadaladığımız ellərin, obaların əhalisinin sayını müəyyənləşdirmək məlumat yetərsizliyinə görə mümkün deyil. Astrabad şəhərinin əhalisinin sayının sonralar necə dəyişdiyini eyni səbəbdən izləmək mümkün olmur.

Tarixi

Bəylərbəyiliyinin mərkəzi Astrabad şəhəri idi. Əyaləti əsasən Qacar elinin nümayəndələri idarə edirdilər.

Hicri 932 (1526)-ci ildə Durmuş xanın vəfatından sonra Xorasandakı qarışıqlıqdan istifadə edən özbəklər Amudəryanı keçərək Tus şəhərini mühasirəyə aldılar və onu tutdular. Hicri 933 (1527)-cü ildə qızılbaşlar Bistam yaxınlığında yenidən məğlubiyyətə uğradılar. Özbəklər Astrabadı tutdular.

Übeydulla xanın Xorasana yürüşləri bir nəticə vermədi. Səfəvilər bu mühüm vilayəti öz əllərində saxlayaraq özbəklərin bütün basqınlarını dəf etdilər. Deməli, Səfəvilər dövlətinin qərb cəbhəsində Osmanlı türklərinə qarşı olduğu kimi, özbəklər əleyhinə də hərbi əməliyyatları müdafiə xarakteri daşıyırdı. Özbək xanları özlərinin basqınları zamanı bir neçə dəfə Astrabad ərazisinə qədər gəlib çıxmış, dəfələrlə Xorasanın paytaxtı, Səfəvilər dövlətinin ən böyük şəhərlərindən biri olan Heratı almışdılar. Burada özbəklərin müvəffəqiyyətləri xeyli dərəcədə onunla bağlı idi ki, yerli tacik əhalinin istər feodal əyanları, istərsə də kəndliləri amansız zülm və zorakılığa yol vermiş qızılbaş hakim dairələrinə düşməncəsinə münasibət bəsləyirdilər. 1535-1536-cı illərin Herat üsyanının nümunəsində gördüyümüz kimi, bu düşmənçilik bəzən öz zülmkarlarına qarşı açıq xalq çıxışı şəkli alırdı.

1550-ci ildə Astrabad ərazisində türkmən mənşəli yaka tayfasının mərkəzi hakimiyyətə qarşı üsyanı Səfəvilərin bu basqınlarla mübarizəsini mürəkkəbləşdirmişdi. Üsyana əyan ailəsindən olan Aba adlı gənc rəhbərlik edirdi. O, şah qoşunları ilə mübarizədə kömək üçün özbək xanlarına dəfələrlə müraciət etmiş və onların qoşunları köməyə gəlmişdilər. Yalnız 1558-ci ildə (Aba xaincəsinə öldürüldükdən sonra) üsyan yatırıldı.

Hakimləri

  • Zeynal xan Şamlı
  • Məhəmməd xəlifə Hacılar-Zülqədər
  • Əlqas Mirzə
  • Seyid bəy Şeyxavənd
  • Sədrəddin xan Ustaclı
  • Şahəli sultan Ustaclı
  • Şahqulu sultan Ustaclı
  • Keçəl Şahverdi
  • Fərhad xan Qaramanlı
  • Hüseyin xan Ziyadoğlu Qacar
  • Yusif xan (şair)
  • Firudin xan Çərkəz
  • Behbud bəy Çərkəz
  • Xosrov xan Çərkəz
  • Qazaq xan Çərkəz
  • Huseyn xan ibn Zaman bəy mazandarani
  • Mehrab xan
  • Allahverdi xan
  • Cəmşid xan
  • Cəfərqulu xan
  • Məhəmməd xan
  • Kəlbəli bəy
  • Aslan xan Dağıstani
  • Rüstəm Məhəmməd xan Sədli

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Astrabad bəylərbəyliyi haqqında məlumat. Astrabad bəylərbəyliyi nədir? Astrabad bəylərbəyliyi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 15, 2026

    Kolumbiya

  • Fevral 27, 2026

    Makedoniyalı İskəndər

  • Fevral 27, 2026

    Meydzi dövrü

  • Fevral 27, 2026

    S:Müəllif:Hafiz Şirazi

  • Fevral 27, 2026

    Starbucks

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst