Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kittim (ivr. ‏כתײם, כתים'‏‎, yun. χεττείν, χεττείμ, κητιοί, κιττιοί, χεθιμ, finik. כת, ,כתי) — İavanın oğullarından biri və Yafəsin nəvəsi, "Bibliya"da İavanın

Kittim

  • Ana Səhifə
  • Vikipediya
  • Kittim

Kittim (ivr. ‏כתײם, כתים'‏‎, yun. χεττείν, χεττείμ, κητιοί, κιττιοί, χεθιμ, finik. כת, ,כתי) — İavanın oğullarından biri və Yafəsin nəvəsi, "Bibliya"da İavanın oğulları arasında Elisa, Farsis və Dodanim (Rodanim) ilə birlikdə qeyd olunan xalqın adı. Bu, həmçinin Kiprin şərq sahilində, indiki Larnaka şəhərinin ərazisində yerləşən qədim yaşayış məntəqəsinin adıdır.

Yəhudilərə məlum olan dünya. 1854-cü ildə konstruksiya edilmişdir.

Mündəricat

Etimologiyası

Bəzi müəlliflər bunun akkad dilində "işğalçılar" mənasını verən bir sözdən gəldiyini fərz etmişlər. Digərləri Maks Mülleri izləyərək Kittimi hatt diyarı ilə eyniləşdirmişlər, çünki bu, Het dövləti kimi tanınırdı.

İstifadəsi

Kittim qədim dövrlərdə Kition kimi tanınırdı. Bu əsasda bütün ada ivrit dilində və Yəhudi Bibliyasında "Kittim" adlandırılmışdır, lakin bu ad ivritdilli ədəbiyyatda bir qədər elastikliklə istifadə olunmuşdur. Çox vaxt bu ad bütün Egey adalarına, hətta "ümumilikdə Qərbə, xüsusilə də dənizçiliklı məşğul olan Qərbə" aid edilirdi. Flavi İosif təxminən 100-cü ildə özünün "Yəhudilərin qədim tarixi" əsərində qeyd etmişdir ki, "İavanın övladı Ketim Kefima adasını əlində tuturdu. Bu ada indi Kipr adlanır. Bundan dolayıdır ki, bütün adalar və dəniz sahillərinin böyük hissəsi yəhudilər tərəfindən Kefim adlandırılır. Kiprdə bir şəhər var ki, öz adını qoruyub saxlaya bilib. Bu şəhər yunan dilini istifadə edənlər tərəfindən Kiti adlandırılıb və bu dialektin istifadəsi ilə Kefim adından qaçmayıb".

"Kittim adaları" ifadəsinə "Yeremiyanın kitabının 2:10 və "Hüzqəylin kitabı" 27:6 bölmələrində rast gəlinir. Bu, İosifdən bir neçə əsr əvvəl bu təyinatın artıq Aralıq dənizi adaları üçün ümumi bir təsvirçi halına gəldiyini göstərir. Bəzən bu təyinat daha da genişləndirilərək romalılara, makedoniyalılara və ya Selevki yunanlarına aid edilir. "Septuaginta"da "Dənyalın kitabı"nın 11:30 ayəsində "Kittim" sözü "Romalılar" kimi tərcümə edilir. "I makkaveylər kitabı"nın 1:1 bölməsində "Makedoniyalı Böyük İsgəndər"in "Kittim diyarı"ndan gəldiyi bildirilir. Kumran əlyazmalarından olan "İşıq övladları ilə Qaranlıq övladları arasındakı müharibə" əsərində kittimliıər "Aşşurdan olanlar" kimi xatırlanır. Eleazar Sukenik bu Aşşur istinadının o dövrdə keçmiş Assuriya imperiyasının ərazisini idarə edən Selevkilər dövlətinə aid olduğu fikrini müdafiə etmişdir, oğlu İqael Yadin bu ifadəni romalılara gizli bir istinad kimi şərh etmişdir.

"Answers in Genesis" qədim yunan tanrısı Kronu İavanın övladı Kittim ilə eyniləşdirir, digərləri isə Kittimin müxtəlif şərqi Asiya xalqlarının atası olduğunu irəli sürmüşdür.

İosipponda

Orta əsr ravvinik tərtibatı olan "İosippon"da Kittimlər haqqında ətraflı bir hesabat var. Xalqlar yayıldıqca, deyilir ki, kittimlilər Kampaniyada düşərgə salıb "Posomanqa" adlı bir şəhər tikmiş, Fuvalın törəmələri isə qonşu Toskanada düşərgə salıb "Sabino"nu inşa etmişdilər. Tibr çayı onların sərhədi idi, lakin tezliklə kittimlilərin romalılarla əlaqələndirilən sabinlərin qaçırılıb təcavüzə məruz qalması səbəbindən müharibə başlamışdır. Bu müharibə kittimlilərin Fuvalın törəmələrinə onların birgə törəmələrini göstərməsi ilə sona çatmışdır. Daha sonra onlar Porto, Albano və Aresa adlı şəhərlər tikmişdilər. Sonradan onların ərazisi Karfagen padşahı Angi tərəfindən işğal olunmuş, lakin kittimlilər nəticədə Elifazın oğlu və İsaunun nəvəsi olan Zefonu padşah təyin etmiş və ona Yanus Saturn titulunu vermişdilər. Bu hesaba görə, Romanın ilk padşahı Romul bu nəslin uzaq bir varisi kimi təqdim olunur. Bu hekayənin daha qısa və qarışıq bir versiyası da sonradan yazılmış "Sefer ha-Yaşar"da rast gəlinir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kittim haqqında məlumat. Kittim nədir? Kittim nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Klaus Mann

  • Fevral 27, 2026

    Sulz-Haut-Rin

  • Fevral 27, 2026

    Buğa (Cəlayır)

  • Fevral 27, 2026

    Morjkimilər

  • Fevral 27, 2026

    Adventisizm

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst