Barens dənizi (norv. Barentshavet; 1853-cü ilə qədər Murman dənizi) — Şimal Buzlu okeanın ucqar dənizidir. O Rusiyanın və Norveçin sahillərini əhatə edir. Holland səyyah Vilyam Barensin şərəfinə belə adlandırılmışdır.
| Barens dənizi | |
|---|---|
| rus. Moре Баренца | |
| |
| Ümumi məlumatlar | |
| Tip | Materik kənarı |
| Mütləq hündürlüyü | 0 m |
| Sahəsi | 1 424 000 km² |
| Həcmi | 282,000 km³ |
| Dərin yeri | 600 m |
| Orta dərinliyi | 222 m |
| Tökülən çay | Peçora |
| Yerləşməsi | |
| 71°00′00″ şm. e. 41°00′00″ ş. u.HGYO | |
| Ölkələr | |
| Üst akvatoriyası |
|
| Yerləşməsi | Şimali Avrasiya |
![]() Barens dənizi | |
![]() Barens dənizi | |
Dəniz Avropanın şimal sahili və Şpisbergen, Frans İosifin torpağı və Novaya Zemlya arxipelaqları ilə məhdudlaşmışdır. Dənizin sahəsi 1424 min km²-dir. 600 m-a qədər dərinliyə malikdir. Dəniz kontinental şelfdə yerləşmişdir. Dənizin cənub-qərb hissəsi qışda Şimali-Atlantika cərəyanının təsirinə görə donmur. Cənub-şərq hissəsi Peçora dənizi adlanır. Barens dənizi nəqliyyat və balıqçılıq üçün böyük əhəmiyyətə malikdir — burada böyük limanlar yerləşmişdir (Murman və Vardyo limanı (Norveç)).
Atlantik okeandan gələn isti və duzlu su axınları nəticəsində ilboyu buz tutmur.
Həmçinin bax
- Abram burnu
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Barens dənizi haqqında məlumat. Barens dənizi nədir? Barens dənizi nə deməkdir?


