Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Nizaminin portreti" - Azərbaycan ədəbiyyatının klassiki Nizami Gəncəvinin 1940-cı ildə Azərbaycan sovet rəssamı Qəzənfər Xalıqov tərəfindən çəkilmiş portretidi

Nizaminin portreti

  • Ana Səhifə
  • Vikipediya
  • Nizaminin portreti

"Nizaminin portreti" - Azərbaycan ədəbiyyatının klassiki Nizami Gəncəvinin 1940-cı ildə Azərbaycan sovet rəssamı Qəzənfər Xalıqov tərəfindən çəkilmiş portretidir. Əsər hazırda Bakı şəhərində, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır. Əsərin ikinci nüsxəsi Gəncə şəhərində, Gəncə Tarix Diyarşünaslıq Muzeyindədir. Bu portret Xalıqovun ciddi yaradıcılıq nailiyyəti hesab olunur..

Nizaminin portreti
Rəssam Qəzənfər Xalıqov
Tarixi 1940
Üslubu portret
Texnikası yağlı boya
Saxlanıldığı yer Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi

Portretdə Nizami dizində kitab tutmuş şəkildə təsvir edilmişdir. Sənətşünas N. M. Miklaşevskaya qeyd edir ki, tünd rəng koloritinə baxmayaraq, nəcib üz quruluşu və xarakterik baş geyimi, həmçinin ciddi geyim xəttləri ilə insanı cəlb edir.

Tarixi

1939-cu ildə Nizami Gəncəvinin bədii obrazının yaradılması üçün rəssamlar arasında müsabiqə elan edilmişdi. Baxmayaraq ki, Qəzənfər Xalıqov müsabiqənin birinci mərhələsində iştirak etməmişdi, lakin, rəssam böyük şairin dərin ifadəli portretini işləmişdi. Məşhur şərqşünas və nizamişünas alim Yevgeni Bertels bu portret haqqında qeyd etmişdir ki, "portret şairin tarixi obrazına uyğundur və Nizami belə görünüşə malik ola bilərdi."

Portretin çəkilişinə Xalıqovu öz məsləhətləri ilə Y. Bertles, filosof Heydər Hüseynov və ədəbiyyatşünas Həmid Araslı ilhamlandırmış və təşviq etmişlər. Nəticədə bu üç alimin söylədiklərini nəzərə alan Qəzənfər Xalıqov Nizami Gəncəvinin bədii portretini işləmişdir. 1940-cı ildə müsabiqənin ikinci mərhələsində bu portret müsabiqəyə təqdim edilmiş əsərlər arasında ən yaxşısı seçilərək, birinciliyə layiq görülmüşdür.

Müsabiqədə Xalıqovla yanaşı K. Xanlarov, A. Qasımov, T. Tağıyev, M. Nəcəfov, B. Semyonov, R. Topçubaşov və başqaları da iştirak etmişdilər.

Rəsimin çəkilməsi

1939-cu ildə Azərbaycan SSR MK tərəfindən Nizami Gəncəvinin 800 illik yubileyi keçirilməsi qərara alınır. Amma bu yubileydə Nizamini əyani surətdə canlandıracaq hər hansı şəkli olmur. Buna görə də müsabiqə elan olunur, ədəbiyyatşünaslar, tarixçilər və rəssamlar işə cəlb olunur. Müxtəlif variantlarda Nizaminin portretini çəkirlər. Nizamişünas-Yevgeni Bertels, filosof Heydər Hüseynov və ədəbiyyatşünas Həmid Araslı Nizaminin xarici görünüşünün təxmini necə olduğunu dedikdən sonra Üzeyir Hacıbəyov deyir ki, "Siz dediyiniz parametrlərdə Ağcəbədidən bir axund tanıyıram" . Həmin axunda Tarix Diyarşünaslıq Muzeyindən alınmış geyimlər geyindirildikdən sonra, rəssam Qəzənfər Xalıqov Nizami Gəncəvinin portretini yaradaraq, müsabiqənin qalibi olur.


vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nizaminin portreti haqqında məlumat. Nizaminin portreti nədir? Nizaminin portreti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Yoveri Museveni

  • Fevral 27, 2026

    Niiqata prefekturası

  • Fevral 26, 2026

    Musiqi prodüseri

  • Fevral 27, 2026

    Zanthoxyloideae

  • Fevral 28, 2026

    S:Vaqiə surəsi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst