Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yohannes Ştark (alm. Johannes Stark‎; 15 aprel 1874[…] – 21 iyun 1957[…]) – 1919-cu ildə "Ştark effekti"ni kəşf etdiyinə görə Fizika üzrə "Nobel" mükafatına lay

Yohannes Ştark

  • Ana Səhifə
  • Vikipediya
  • Yohannes Ştark

Yohannes Ştark (alm. Johannes Stark‎; 15 aprel 1874[…] – 21 iyun 1957[…]) – 1919-cu ildə "Ştark effekti"ni kəşf etdiyinə görə Fizika üzrə "Nobel" mükafatına layiq görülmüş alman fiziki.

Yohannes Ştark
alm. Johannes Stark‎
Doğum adı Johannes Nikolaus Stark
Doğum tarixi 15 aprel 1874
Doğum yeri Şikendrof, Almaniya Almaniya
Vəfat tarixi 21 iyun 1957 (83 yaşında)
Vəfat yeri Traunstein
Vətəndaşlığı Almaniya
Elm sahəsi Fizika
İş yerləri
  • Vürtsburq Universiteti,
  • Göttingen Universiteti,
  • Hannover Universiteti
Təhsili
  • Münhen Lüdviq-Maksimilian Universiteti
Elmi rəhbəri Oygen Lommel
Üzvlüyü
  • Leopoldin Alman Milli Elmlər Akademiyası,
  • Dei Linçei Akademiyası (1922),
  • Göttingen Elmlər Akademiyası[d]
Mükafatları Fizika üzrə Nobel mükafatı(1919)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1924-cü ildən Adolf Hitlerin tərəfdarı olan Ştark, digər Nobel mükafatçısı Filipp Lenard ilə birlikdə yəhudi fiziklərin Almaniya müəssisələrindən uzaqlaşdırılmasını hədəfləyən antisemit "Alman fizikası" hərəkatının əsas simalarından biri olmuşdur. 1947-ci ildə denasifikasiya məhkəməsi tərəfindən "baş cinayətkar" elan edilsə də, 1949-cu ildə apelyasiya şikayətindən sonra bu status "az əhəmiyyətli cinayətkar" dərəcəsinə endirilmişdir.

Karyerası və elmi fəaliyyəti

1900-cü ildə Ştark Göttingen Universitetində privat-dosent (maaşsız mühazirəçi) kimi fəaliyyətə başlamışdır. 1906-cı ildə Hannoverdə Kral Texniki Ali Məktəbinə (Königliche Technische Hochschule) qeyri-adi professor, 1909-cu ildə isə Aaxen Texniki Ali Məktəbinə (Technische Hochschule Aachen) professor təyin edilmişdir. 1917–1922-ci illər arasında Qrayfswald və Vürtsburq universitetlərində professor kimi çalışmışdır.

1919-cu ildə Ştark "kanal şüalarında Dopler effektinin kəşfinə və spektral xətlərin elektrik sahəsində parçalanmasına görə" (sonuncu kəşf "Ştark effekti" kimi tanınır) Fizika üzrə "Nobel" mükafatı ilə təltif edilmişdir.

1933-cü ildən 1939-cu ildə təqaüdə çıxanadək Ştark "Fizika-Texnika Reyx İnstitutu"nun (Physikalisch-Technische Reichsanstalt), həmçinin "Alman Elmi Təxirəsalınmaz Yardım Assosiasiyası"nın (Notgemeinschaft der Deutschen Wissenschaft) prezidenti vəzifələrini icra etmişdir.

Maraqlıdır ki, 1907-ci ildə "Radioaktivlik və Elektronika İlliyi" (Jahrbuch der Radioaktivität und Elektronik) jurnalının redaktoru olan Ştark, o zamanlar hələ kifayət qədər tanınmayan Albert Eynşteyndən nisbilik prinsipi haqqında icmal məqaləsi yazmağı xahiş etmişdi. Ştarkın 1907-ci ildə "Physikalische Zeitschrift" jurnalında dərc olunan məqaləsində "H. A. Lorents və A. Eynşteyn tərəfindən formullaşdırılmış nisbilik prinsipi"ndən və "Plankın M0 = E0/c2 münasibəti"ndən sitat gətirməsi, onun nisbilik nəzəriyyəsindən və Eynşteynin erkən işlərindən təsirləndiyini göstərirdi. O, həmin məqalədə sükunətdə olan elektronun kütləsi ilə bağlı enerji miqdarını, yəni "elementar enerji kvantını" hesablamaq üçün e0 = m0c2 tənliyindən istifadə etmişdi. Məhz həmin icmal üzərində işləyərkən Eynşteyn, sonradan ona dünya şöhrəti qazandıracaq ümumi nisbilik nəzəriyyəsinə aparan düşüncə silsiləsinə başlamışdı. Ştarkın sonradan "Alman fizikası" hərəkatı daxilində Eynşteyn əleyhdarı və anti-nisbilik təbliğatçısı kimi fəaliyyət göstərməsi bu tarixi faktı xüsusilə ironik edir.

Ştark, əsasən elektrik və digər əlaqəli mövzularda 300-dən çox elmi məqalə dərc etdirmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yohannes Ştark haqqında məlumat. Yohannes Ştark nədir? Yohannes Ştark nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Elektronik musiqi

  • Fevral 23, 2026

    Tacikistan bayrağı

  • Fevral 27, 2026

    Xalça bayramı

  • Fevral 27, 2026

    Bakı Kommunası

  • Fevral 23, 2026

    Siyasətçi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst