Ağstafaçay — Kür çayının sağ qolu. Əsasən Ermənistandan və Azərbaycanın Qazax və Ağstafa rayonunun ərazisindən keçir. Uzunluğu 133 km, hövzəsinin sahəsi 2589 km²-dir. Başlanğıcını Kiçik Qafqazın şimal-şərq hissəsindən, Pəmbək sıra dağlarından götürür.
| Ağstafaçay | |
|---|---|
| azərb. Ağstafaçay | |
| |
| |
| Ölkələr | |
| Rayonlar |
|
| Şəhərlər | |
| Mənbəyi | Pəmbək dağları |
| • Yüksəkliyi | 3000 m |
| Mənsəbi | Kür |
| Uzunluğu | 133 km |
| Su sərfi | 13,6 m³/san |
| Su sistemi | Kür |
| Su hövzəsi | Xəzər |
| Hövzəsinin sahəsi | 2500 km² |

Ümumi məlumat
Uzunluğu 133 km, hövzəsinin sahəsi 2589 km²-dir. Başlanğıcını Kiçik Qafqazın şimal-şərq hissəsində, Pəmbək sıra dağlarından (3000 m) alır. Axımı yeraltı (45%), qar (35%) və yağış (20%) sularından əmələ gəlir. Yaz fəslində qar və yağış suları çayda daşqınlar əmələ gətirir. Orta illik su sərfi 13,6 kub m/san-dır. Orta illik asılı gətirmələr sərfi 4,0 kq/san, orta lillənməsi 290 q/kub m-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 300–500 mq/l minerallaşmaya malikdir.
Çayın yatağında həcmi 112 kub metr olan su anbarı tikilmişdir. Qazax şəhəri üzərində yerləşir. Suvarma işlərində istifadə edilir.
Həmçinin bax
- Azərbaycanın daxili suları
- Azərbaycandakı çayların siyahısı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ağstafaçay haqqında məlumat. Ağstafaçay nədir? Ağstafaçay nə deməkdir?


