Villa Epekuyen — Argentinanın paytaxtı Buenos-Ayresin cənub-qərbində kurort şəhəri.
| Vilya-Epekuyen | |
|---|---|
| |
| 37°07′53″ c. e. 62°48′36″ q. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Əsası qoyulub | 1920 |
| Ləğv olunub | 1985 |
| Mərkəzin hündürlüyü | 97 m |
![]() Vilya-Epekuyen | |
Tarixi
Şəhər 1920-ci ildə Epekuyen gölü ətrafında yaradılmışdır.
Turizmi
Turizm bölgəsi kimi fəaliyyət göstərən Epekuyeni hər il 20 min insan ziyarət edib. Şəhəri turizm üçün əlverişli edən əsas xüsusiyyəti Epekuyen gölünün okean suyundan 10 qat duzlu suya malik olması idi. Gölün suyu revmatizm, depressiya, dəri xəstəlikləri, anemiya və şəkər xəstəliklərini müalicə edərmiş.
Əfsanəyə görə, Epekuyen gölü sevgisinə görə ağlayan mifik başçının göz yaşlarından yaranmışdır. Bu səbəbdən də gölün suyu duzludur.
Təbii fəlakət
6 noyabr 1985-ci ildə başlayan güclü yağışlar nəticəsində gölün suyu artaraq şəhəri basıb. Tez bir zamanda Epekuyen gölü daşaraq insanların dincəldiyi və yaşadığı əraziləri suya qərq etməyə başlayıb. İnsanlar şəhərdən mümkün qədər uzaqlaşmağa çalışıb. Nəticədə Villa Epekuyen şəhəri duzlu suya qərq olmuşdur.
İllər keçdikcə suyun səviyyəsi aşağı enməyə başlamışdır.
Qalereya
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vilya-Epekuyen haqqında məlumat. Vilya-Epekuyen nədir? Vilya-Epekuyen nə deməkdir?

