Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rəfiqə Hacı qızı Axundova (7 avqust 1931, Bakı – 6 fevral 2024, Bakı) — Azərbaycan balet artisti, baletmeyster. Azərbaycan SSR xalq artisti (1970).

Rəfiqə Axundova

  • Ana Səhifə
  • Vikipediya
  • Rəfiqə Axundova

Rəfiqə Hacı qızı Axundova (7 avqust 1931, Bakı – 6 fevral 2024, Bakı) — Azərbaycan balet artisti, baletmeyster. Azərbaycan SSR xalq artisti (1970).

Rəfiqə Axundova
Rəfiqə Hacı qızı Axundova
Doğum tarixi 7 avqust 1931
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 5 fevral 2024 (92 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri II Fəxri Xiyaban
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Maqsud Məmmədov
Fəaliyyəti balet artisti
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19701970 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1958
"Şöhrət" ordeni — 20212021 "Şərəf nişanı" ordeni — 19591959

Mündəricat

Həyatı

Rəfiqə Axundova 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirmişdir. Böyük Teatrda təkmilləşmə kursu keçmişdir (1951–52, Moskva). Azərbaycan Opera və Balet Teatrının solisti olmuşdur (1951–71). 1971 ildən həmin teatrın baletmeysteri, 1990-cı ildən baş baletmeysteridir. Əsas partiyaları: Ayişə və Gözəllər gözəli, Fanni ("Yeddi gözəl", "İldırımlı yollarla", Q. Qarayev), Gülşən ("Gülşən", S. Hacıbəyov), Gülyanaq ("Qız qalası", Ə. Bədəlbəyli), Şirin ("Məhəbbət əfsanəsi", A. Məlikov), Zarema ("Baxçasaray fontanı", B. Asafyev), Jizel ("Jizel", A. Adan) və s. Əri Maqsud Məmmədovla birlikdə Azərbaycan Opera və Balet Teatrında "Xəzər balladası" (1968, T. Bakıxanov), "Qobustan kölgələri" (1969, F. Qarayev), "Yallı" və "Azərbaycan süitası" (1969, R. Hacıyev), "İldırımlı yollarla" və "Yeddi gözəl" (1975, 1978, Q. Qarayev), "Babək" (1986, A. Əlizadə), "Şelkunçik" (1988, P. Çaykovski), habelə Novosibirsk Opera və Balet Teatrında "İldırımlı yollarla" (1976) baletlərinin quruluşunu vermişdir. Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləmişdir. Əlcəzairdə "Üç inqilab" (1973, R. Hacıyev; M. Məmmədovla birgə) ilk milli baletini, Malmödə "Muğam" (1975, N. Əliverdibəyov) musiqili xoreoqrafiya lövhəsini, Qahirədə "Yeddi gözəl" (1979), Antverpendə "Kaleydoskop (1980, F. Qarayev) baletlərini (hər ikisi M. Məmmədovla birgə) tamaşaya qoymuşdur. "Xəzər balladası", "Qobustan kölgələri" və "Azərbaycan süitası" 1969 ildə Parisdə keçirilən 7-ci Beynəlxalq rəqs festivalında nümayiş etdirilmiş və Paris Rəqs Akademiyasının diplomuna layiq görülmüşdür. 1994-cü ildə "Yeddi gözəl" baletini Ankarada tamaşaya qoymuşdur (M. Məmmədovla birgə).

Rəfiqə Axundova baletmeyster Maqsud Məmmədovun həyat yoldaşıdır.

Uzun sürən xəstəlikdən sonra baletmeyster Rəfiqə Axundova 6 fevral 2024-cü ildə 92 yaşında vəfat etmişdir. İkinci Fəxri Xiyabanda dəfn olunub.

Təltif və mükafatları

  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 26 aprel 1958
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 21 may 1970
  • "Şərəf nişanı" ordeni — 9 iyun 1959
  • Azərbaycan Respublikasının "Şöhrət" ordeni — 6 avqust 2021
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002

Quruluş verdiyi baletlər (Maqsud Məmmədovla birgə)

  • Xəzər balladası (1968)
  • Qobustan kölgələri (1969)
  • Yallı (balet) (1969) xoreoqrafik miniatürü
  • Ləzgihəngi (balet) (1969) — xoreoqrafik miniatürü
  • Azərbaycan süitası (1969)
  • Kaleydoskop (1971)
  • Muğam (1972) xoreoqrafik miniatürü
  • Üç inqilab (1973)
  • İldırımlı yollarla (1975)
  • Yeddi gözəl (1978)
  • Babək (1986)

Filmoqrafiya

  • Doğma xalqıma (film, 1954)
  • Abşeron ritmləri (film, 1970) (tammetrajlı musiqili-bədii televiziya filmi)-filmdə iştirak edən
  • Dədə Qorqud (film, 1975)
  • Qərib cinlər diyarında (film, 1977)
  • Qayınana (film, 1978)
  • Yeddi gözəl (film, 1982)
  • Bəyin oğurlanması (film, 1985)
  • Bir qəlbin iki dastanı (film, 2001)

Xarici keçidlərlər

  • "Dədə Qorqud" filmindən Qıpçaq Məliyin evində rəqs
  • "Balet, ömrüm mənim" sənədli filmi təqdim edilib

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rəfiqə Axundova haqqında məlumat. Rəfiqə Axundova nədir? Rəfiqə Axundova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Alanya

  • Fevral 27, 2026

    Sultan Kəyumərs

  • Fevral 27, 2026

    İnternet aktivizm

  • Fevral 27, 2026

    Monizm

  • Fevral 27, 2026

    Windows Mobile

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst