Mollaisaqlı — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Mollaisaqlı kənd inzibati ərazi dairəsində kənd. 11 iyun 2002-ci il tarixli 341-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə İsmayıllı rayonunun Mollaisaqlı kəndi Hacıhətəmli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Mollaisaqlı kənd inzibati ərazi dairəsi yaradılmışdır.
| Mollaisaqlı | |
|---|---|
| 40°41′03″ şm. e. 47°52′50″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 391 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
![]() Mollaisaqlı | |
Tarixi
Kəndin yaranma tarixi ilə bağlı belə bir etimaloji fikir var ki, Molla İsaq və Hacı Hətəm qardaşları bir vaxt Quba rayonundan köçüb İsmayıllıya gəlmiş, burada yurd salmış və maldarlıqla məşğul olmuşlar. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra onlar bu yerlərdə məskunlaşmışlar. Məhz Mollaisaqlı və Hacıhətəmli kəndlərinin adı da həmin qardaşların adı ilə bağlıdır.
Mədəniyyət
Kəndin özünəməxsus adət-ənənəsi və folkloru var. Burada "Hapıt" folklor qrupu fəaliyyət göstərir.
Əhalisi
Əhalisi əsasən haputlulardan ibarətdir. Əhalisi 1092 nəfərdir ki onunda 512 nəfəri kişi, 580 nəfəri qadındır.
Şəxsiyyətləri
- Baba Vəziroğlu — Şair.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mollaisaqlı haqqında məlumat. Mollaisaqlı nədir? Mollaisaqlı nə deməkdir?
