Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cerom İsak Fridman (28 mart 1930[…], Çikaqo, İllinoys) — amerikalı fizik. O, Massaçusets Texnologiya İnstitutunda professor və fizika üzrə fəxri professordur. H

Cerom Fridman

  • Ana Səhifə
  • Vikipediya
  • Cerom Fridman

Cerom İsak Fridman (28 mart 1930[…], Çikaqo, İllinoys) — amerikalı fizik. O, Massaçusets Texnologiya İnstitutunda professor və fizika üzrə fəxri professordur. Henri Kendall və Riçard Teylor ilə birlikdə 1990-cı ildə "hissəciklər fizikasında kvark modelinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən elektronların protonlar və bağlı neytronlar üzərində dərin qeyri-elastik səpilməsi ilə bağlı qabaqcıl tədqiqatlarına" görə Fizika üzrə Nobel mükafatını qazandı. Fridman Atom Alimləri BülleteniSponsorlar Şurasında oturur.

Cerom Fridman
Doğum tarixi 28 mart 1930(1930-03-28)[…] (95 yaş)
Doğum yeri
  • Çikaqo, İllinoys
Elm sahəsi fizika
Elmi dərəcəsi
  • fəlsəfə doktoru
İş yerləri
  • Massaçusets Texnologiya İnstitutu,
  • Belqrad Universiteti
Təhsili
  • Çikaqo Universiteti,
  • Stenford Universiteti
Elmi rəhbəri Enriko Fermi
Üzvlüyü
  • ABŞ Milli Elmlər Akademiyası (1992),
  • Amerika İncəsənət və Elmlər Akademiyası,
  • Amerika Fizik Cəmiyyəti[d],
  • Avropa Akademiyası (2017)
Mükafatları Nobel mükafatı Fizika üzrə "Nobel" mükafatı 1990
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı və karyerası

İllinoys ştatının Çikaqo şəhərində Lillian (née Varşava) və tikiş maşını satıcısı Seliq Fridmanın ailəsində anadan olan Fridmanın yəhudi valideynləri Rusiyadan ABŞ-yə mühacirət ediblər. İncəsənət sahsəsində yüksək nəticələr göstərən Cerom Fridman , Albert Eynşteynin nisbilik nəzəriyyəsi haqqında yazdığı kitabını oxuduqdan sonra fizika ilə maraqlanmağa başladı. Çikaqo Universitetində fizika üzrə təhsil almaq üçün Çikaqo İncəsənət İnstitutundan təqaüd almaqdan imtina etdi. Orada təhsil alarkən o, Enriko Ferminin rəhbərliyi altında çalışıb, 1956-cı ildə fizika üzrə fəlsəfə doktoru dərəcəsini alır. 1960-cı ildə Massaçusets Texnologiya İnstitutunun fizika fakültəsinə daxil olub.

1968–69-cu illərdə o, Stanford Xətti Sürətləndirici Mərkəzində Henri Kendall və Riçard Teylor ilə təcrübələr aparır və protonların daxili quruluşa malik olduğuna dair ilk eksperimental sübutu verən bu təcrübələr sonradan kvarklar olaraq bilinir. Bunun üçün Fridman, Kendall və Teylor 1990-cı ildə Fizika üzrə Nobel mükafatını bölüşdülər. O, Massaçusets Texnologiya İnstitutunun professorudur. Fridman həmçinin Atom Alimləri Bülleteni Sponsorlar Şurasının üzvüdür.

2003-cü ildə Humanist Manifesti imzalayan 22 Nobel mükafatçısından biri idi. O, ateistdir.

Fridman Enerji Departamentinin Elm İdarəsi, Milli Elm Fondu və Milli Standartlar və Texnologiya İnstitutu üçün əlavə təcili maliyyə tələbi ilə 2008-ci ilin may ayında prezident Corc Buşa ünvanlanmış və onu "2008-ci Maliyyə İli Omnibus Təxsisatlar Qanununda əsas elm tədqiqatlarına dəymiş zərəri geri qaytarmağa" çağıran məktubu imzalayan 20 Amerikalı Fizika üzrə Nobel mükafatçısından biri idi.

2008-ci ildə Fridman Belqrad Universitetinin fəxri fəlsəfə doktoru dərəcəsini alıb. Belqrad Universitetinin Fizika fakültəsinin və institutlarının: Fizika İnstitutu, Fizika İnstitutu, Zemun və Vinka Nüvə İnstitutunun fəxri professorudur.

Nəşrləri

  • Con Fridman,Henri Kendall "Ağır elektron üçün eksperimental axtarış", Massaçusets Texnologiya İnstitutu, ABŞ Energetika Nazirliyi sələfi agentlik vasitəsilə Atom Enerjisi Komissiyası) 1967-ci ilin sentyabrı.
  • Con Fridman "Dərin qeyri-elastik elektron səpilməsi: Eksperimental", Massaçusets Texnologiya İnstitutu, ABŞ Energetika Nazirliyi (through predecessor agency the ABŞ Atom Enerjisi Komissiyası)oktyabr,1971-ci il.

Fəxri ad və mükafatları

  • ribbon bar Grand Cordon of the Doğan Günəş Ordeni (2016)
  • Amerika Fəlsəfə Cəmiyyətinin üzvü (2002)
  • ABŞ Milli Elmlər Akademiyasının üzvü (1992)
  • Qızıl Plata Mükafatı
  • Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü (1980)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cerom Fridman haqqında məlumat. Cerom Fridman nədir? Cerom Fridman nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Mülk

  • Fevral 24, 2026

    Respublika qəzeti

  • Fevral 27, 2026

    Malay

  • Fevral 23, 2026

    Zaqreb

  • Fevral 27, 2026

    Heyan dövrü

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst