Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Burun iki hissədən ibarətdir: xarici burun və daxili burun. Daxili burun burun boşluğu da adlanır. Xarici burun üzün ortasında yerləşərək qığırdaq və sümük toxu

Burun

  • Ana Səhifə
  • Vikipediya
  • Burun

Burun — əsasən tənəffüs və iybilmə üçün istifadə olunan, insan və ya heyvan üzünün bir hissəsi.

İnsan burnu
İt burnu
Illu nose nasal cavities

Mündəricat

Quruluşu

Burun iki hissədən ibarətdir: xarici burun və daxili burun. Daxili burun burun boşluğu da adlanır. Xarici burun üzün ortasında yerləşərək qığırdaq və sümük toxumalarından təşkil olunub. Burun boşluğu çoxqatlı yastı epitellə örtülüdür. Burada çoxlu miqdarda selikli vəzilər yerləşir. Burun boşluğunda qoxu və tənəffüs nahiyələri ayrılır. Tənəffüs nahiyəsində havanı isitmək üçün mağaralı venoz kələf, selik vəziləri və kirpikli epitel yerləşir.

Burun divarının içində yerləşən burun tükcükləri yad cisimləri (toz, qum) tutub saxlayır. Burnun iç hissəsi tüklü və nəmli olduğundan kənar mühitdən alınan hava təmizlənir və nəmləndirilir. Nazik damarlar sayəsində hava isidilir.

Burunda çoxsaylı reseptorlar vardır. İnsan həyəcanlananda, yaxud narahat olduqda bu reseptorlar qıcıqlanır və burun qaşınır.

Uşaq burnu

Yeni doğulmuşlarda burun zəif inkişaf edir, yastı və qısa olur. Böyüdükcə burun qığırdaqları inkişaf edir, burun formalaşmağa başlayır, burun arxası uzanır və dəlikləri üfüqi vəziyyətə çatır. Burun boşluğu körpələrdə zəif və ensiz olur.

Quş burnu

Quşlarda burun deşikləri dimdikdə yerləşir.

Həmçinin bax

  • Kəpənək simptomu
  • Burun arakəsməsinin hematoması
  • Burun qanaxması
  • Burun tutulması

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Burun haqqında məlumat. Burun nədir? Burun nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Genetika

  • Fevral 24, 2026

    Vikimənbə

  • Fevral 24, 2026

    Cəbəli-Tariq

  • Fevral 22, 2026

    Avstraliya

  • Fevral 24, 2026

    Adıgeylər

Trend Mahnılar
  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst