Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Toy — çoxlu adət-ənənələrlə müşayiət olunan, evlənmə prosesinin son mərhələsi, qonaqlıqla başa çatan şənlik, çalıb oynamaq mərasimi. Toyun sosial əhəmiyyəti yen

Toy

  • Ana Səhifə
  • Vikipediya
  • Toy

Toy — çoxlu adət-ənənələrlə müşayiət olunan, evlənmə prosesinin son mərhələsi, qonaqlıqla başa çatan şənlik, çalıb oynamaq mərasimi. Toyun sosial əhəmiyyəti yeni ailənin yaradılması, qohumluq əlaqələrinin qurulması, ailə və yaş statusunun dəyişməsi, ər-arvadın statusunun ictimaiyyət tərəfindən tanınması ilə əlaqədardır. Toy özündə dil, folklor-poetik, ritual, musiqi, vizual və digər planları birləşdirir. Bir çox xalqlarda toya gəlinin ata-ana evindən bəy evinə ritual olaraq köçürülməsi, hədiyyə mübadiləsi, süfrə və s. adətlər daxildir. Bütün xalqlar arasında bir çox inanclar, əlamətlər və mərasimlər toyla əlaqələndirilir. Dindarlar üçün toy dini ayinlərlə (xristianlıqda toy, islamda nikah və s.) müşayiət olunur.

Mündəricat

Tarixi

Azərbaycanda evlənməyin ənənəvi yolu qızı elçilik vasitəsilə ilə nişanlayıb toy etmək olmuşdur. Ulu babalarımız "toy" dedikdə, şənlik məclisi, qonaqlıq, yeyib-içmək, çalıb-oynamaq başa düşüblər. El arasında deyilir: "Filankəs şadyanalıq edib toy çaldırıdı".

Qaynaqlarda Azərbaycanda qədim toyun 40 gün-40 gecə edilməsi haqqında məlumat vardır. XIX-XX əsrlərdə isə boyük toy varlı ailələrdə 7 gün-7 gecə, orta təbəqəli və yaxud yoxsul ailələrdə 3 gün, cox vaxti isə bir gün davam edirdi.

Toy şənliyinə 2-3 gün qalmış "çağırışçı", bəzi bölgələrdə "salaçı" və ya "xəlfə" adlanan bir nəfər müəyyən qədər noğul verib adamları toya dəvət etməyə göndərərdilər. Çağırışçı evləri gəzib noğulu paylar və adamları toya dəvət edərdi. Dəvət olunanlar "mubarək olsun", - deyib şirni nəlbəkidə yumurta, meyvə və yaxud xırda pul qoyardılar.

Toya bir neçə gün qalmış oğlan evində çörək və yaxud yuxa (lavaş) bişirib tədaruk görərdilər. Ətlik heyvanlar isə toydan bir gün əvvəl kəsilərdi. Həmin axşam yaxın qohumlar və qonşular bəy oğlanın evinə məsləhətə yığışardılar. Bu vaxt sabahkı toy üçün heyvanlar kəsilər və ət tədaruk edilərdi.

Xarici ölkə təcrübəsi

ABŞ və İngiltərədə hər bir gəlin toy günü üzərində bir təzə, bir köhnə, müvəqqəti kimdənsə götürülmüş bir şey və mavi nəyinsə olmasına fikir verməlidir. Almaniyada toy günü bəyin cibinə bir qədər buğda qoyurlar. Onların inancına görə, bu, uğur və var-dövlət gətirir. Yunanıstanda yeni ailə quranların yataqları üstündə gənc cütlüyə sağlam nəsil təmin etmək üçün ilk öncə uşaqlar oynamalıdır. Həmçinin dost və rəfiqələrinin paltarlarında cütlüyü uğursuzluqdan qoruyacaq göz təsvir olunmalıdır. Macarıstanda toy kartejini görəndə digər maşınlar siqnal verməyə başlar. Və bununla bəy və gəlini salamlayıb, təbrik edərlər.

Hindistanda toy mərasimi başa çatdıqdan sonra ailənin kiçik üzvlərindən biri gəlin və bəyin başına gül ləçəkləri səpir. Bu, ritual gəncləri şər qüvvələrdən qorumaq mənasını daşıyır.

Həmçinin bax

  • Nişan mərasimi
  • Azərbaycanın milli toy adətləri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Toy haqqında məlumat. Toy nədir? Toy nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şimali Hindistan

  • Fevral 27, 2026

    Kistlər

  • Fevral 27, 2026

    Əliabbas Əliyev

  • Fevral 27, 2026

    Cuniçi Koçi

  • Fevral 27, 2026

    Rhynchocephalia

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst