Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Maqsud mirzə (1458 – yanvar 1478, Təbriz, Ağqoyunlu dövləti) — Ağqoyunlu sultanı Uzun Həsənin oğlu, Ağqoyunlu şahzadəsi.

Maqsud mirzə

  • Ana Səhifə
  • Vikipediya
  • Maqsud mirzə

Maqsud mirzə (1458 – yanvar 1478, Təbriz, Ağqoyunlu dövləti) — Ağqoyunlu sultanı Uzun Həsənin oğlu, Ağqoyunlu şahzadəsi.

Maqsud mirzə
Ağqoyunluların Bağdad valisi
1470 – noyabr 1474
Şəxsi məlumatlar
Doğum tarixi 1458(1458)
Vəfat tarixi yanvar 1478(1478-01) (19–20 yaşında)
Vəfat yeri
  • Təbriz, Ağqoyunlu dövləti
Atası Uzun Həsən
Anası Dəspinə xatun
Uşağı
  • Sultan Rüstəm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

1458-ci ildə dünyaya gəldi. Atası Ağqoyunlu sultanı Uzun Həsən, anası isə Trabzon imperatoru IV İohann Komnenosun qızı Teodoradır. Yerli bəylərdən Xəlil bəy Tavaçı onun ilk lələsidir. 1469-1470-ci illərdə Bağdad üzərinə göndərildi və bölgəni yağmaladı. Qala əhalisinin də dəstəyilə hələ həddi-büluğa çatmadan 1470-ci ildə Bağdad valisi təyin olundu. Həmin il lələsinin vəfat etməsiylə atasının əmisi oğlu Dana Xəlil bəy onun lələsi təyin edildi. 1471-ci ilin sentyabrında Təbrizə çağırıldı və mərasimlə sünnət edildi. Mərasimin ardından yenidən Bağdada qayıtdı.

Otluqbeli müharibəsindən sonra atasına qarşı üsyana başlayan qardaşı Uğurlu Məhəmmədlə Qəsri-şirində görüşdü və onu dəstəkləyəcəyinə söz verdi. Uzun Həsənin üsyankar oğlunu təqib etdiyi günlərdə yaranan siyasi boşluqdan istifadə edən Çaxırlı/Cakirli tayfası Təbrizi ələ keçirməyə cəhd etdi. Bu hücumun qarşısını almaqla vəzifələndirilən Maqsud mirzə min nəfər süvariylə şəhəri müdafiə etsə də, şəhər idarəsini ələ ala bilmədi. Üstəlik üsyankar qardaşı Uğurlu Məhəmmədi dəstəkləməsini də nəzərə alaraq 1474-cü ilin noyabrında Təbrizdə həbs olundu. Atasının ölümündən sonra mərkəzi hakimiyyəti ələ alan böyük qardaşı Sultan Xəlil tərəfindən 1478-ci ilin yanvarında vaxtilə Uğurlu Məhəmmədi dəstəkləməsi bəhanə göstərilərək edam olundu.

Təbrizdə öz adını daşıyan bir məscid inşa etdirmişdir.

Ailəsi

Lələsi və uzaq qohumu olan Dana Xəlil bəyin qızı Şah Xatunla evlənən Maqsud mirzənin bilinən yeganə övladı isə Rüstəm mirzədir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Maqsud mirzə haqqında məlumat. Maqsud mirzə nədir? Maqsud mirzə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Arilər

  • Fevral 27, 2026

    Zeydilik

  • Fevral 27, 2026

    Rubus crataegifolius

  • Fevral 27, 2026

    Boqor

  • Fevral 27, 2026

    Əbülqasim Nəbati

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst