Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aliyə Sultan (24 avqust 1880, Çırağan sarayı – 19 sentyabr 1903, İstanbul) — 33. Osmanlı sultanı V Muradın qızı.

Aliyə Sultan

  • Ana Səhifə
  • Vikipediya
  • Aliyə Sultan

Aliyə Sultan (24 avqust 1880, Çırağan sarayı – 19 sentyabr 1903, İstanbul) — 33. Osmanlı sultanı V Muradın qızı.

Aliyə Sultan
osman. عليَّه سلطان
Şəxsi məlumatlar
Doğum tarixi 24 avqust 1880
Doğum yeri Çırağan sarayı, İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi 19 sentyabr 1903 (23 yaşında)
Vəfat yeri Yıldız sarayı, İstanbul, Osmanlı imperiyası
Dəfn yeri Adilə Sultan türbəsi, İstanbul
Fəaliyyəti əsilzadə
Atası V Murad
Anası Rəzan Qadınəfəndi
Ailəsi Osmanlı xanədanı

Həyatı

Aliyə Sultan 24 avqust 1880-ci ildə atası Sultan Muradın taxtdan endirilişinin ardından həbs tutulduğu Çırağan sarayında dünyaya gəldi. Anası isə onun gürcü əsilli xanımı Rəzan Qadınəfəndidir.

Uşaqlıq illəri ailəsiylə birlikdə Çırağan sarayında keçən Aliyə Sultanın sağlamlığı olduqca həssas idi. 1903-cü ildə tutulduğu soyuqdəymənin ardından səhhəti bir daha düzəlmədi. Sahilsarayı olan Çırağan sarayının rütubətli divarları arasında getdikcə zəifləyən Aliyə Sultan, əmisi Sultan Əbdülhəmidə yazılan xahiş məktubunun ardından Yıldız sarayına aparıldı.

Burada bir müddət müalicə olunsa da, çox keçmədən 19 sentyabr 1903-cü ildə burada vəfat etdi. Cənazəsi atasının bibisi Adilə Sultanın Əyyubsultandakı türbəsinə dəfn edildi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aliyə Sultan haqqında məlumat. Aliyə Sultan nədir? Aliyə Sultan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 16, 2026

    Litva

  • Fevral 23, 2026

    Elektrik cərəyanı

  • Fevral 23, 2026

    Qoyun

  • Fevral 24, 2026

    Səna

  • Fevral 24, 2026

    Xoakin Kortes

Trend Mahnılar
  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst