Sərdarabad qalası — Sərdarabad mahalının Sərdarabad (03.01.1935-ci ildən Hoktemberyan) rayonu ərazisində türk-müsəlman qalasıdır. İrəvan sərdarı tərəfindən tikildiyi üçün onun şərəfinə Sərdarabad adlandırılıb. Türkiyə sərhəddində yerləşən qala İrəvan şəhərinin qapısı sayıldığından həmişə xarici hücumların əsas zərbəsini öz üzərinə götürüb. XIX əsrdə rusların hücumu zamanı qala zədələnmişdir. 1930-cu il sentyabrın 9-da Sovet hakimiyyəti dövründə mərkəzi Sərdarabad qalası olmaqla Sərdarabad rayonu yaradılmış, 03.01.1935-ci ildə isə adı dəyişdirilərək Hoktemberyan adlandırılmışdır.
| Sərdarabad qalası | |
|---|---|
Rus rəssamı Qriqori Qaqarinin Sərdarabad qalası yaxınlığında kürdlər və tatarlar (Azərbaycan türkləri) arasında toqquşmanı təsvir edən əsəri | |
| Ölkə | |
| Yerləşir | Sərdarabad, Armavir mərzi |
| Aidiyyəti | İrəvan xanlığı |
| Sifarişçi | Hüseynqulu xan Sərdar |
| Tikilmə tarixi | 1807-1828 |
| Üslubu | Azərbaycan memarlığı |
| Material | daş |
| Vəziyyəti | XX əsrin əvvəllərində ermənilər tərəfindən məhv edilib. |
| 40°08′09″ şm. e. 44°00′50″ ş. u.HGYO | |
![]() | |
![]() Sərdarabad qalası | |
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sərdarabad qalası haqqında məlumat. Sərdarabad qalası nədir? Sərdarabad qalası nə deməkdir?


