Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tektonika - geologiya elminin sahəsi. 1. Yer qabığının tektonik deformasiyaların məcmusu və onların inkişaf tarixilə əlaqədar olan müəyyən bir hissənin quruluşu

Tektonika

  • Ana Səhifə
  • Vikipediya
  • Tektonika

Tektonika - geologiya elminin sahəsi. 1. Yer qabığının tektonik deformasiyaların məcmusu və onların inkişaf tarixilə əlaqədar olan müəyyən bir hissənin quruluşu. 2. Yer qabığının geoloji strukturlarının quruluşu, onların yerləşmə və inkişaf qanunauyğunluqları haqqında təlim

Plate Tectonics map

Haqqında

Tektonika bu halda "Geotektonika" termininin sinonimidir. Tektonika bir neçə müstəqil bölməyə ayrılır: ümumi, yaxud morfoloji tektonika (struktur geologiya), regional tektonika, tarixi tektonika, genetik, yaxud nəzəri tektonika, müqayisəli tektonika, eksperimental tektonika, neotektonika və b. Ümumi, yaxud morfoloji tektonika litosferin kiçik və orta miqyaslı struktur elementlərinin müxtəlif tiplərini öyrənir. Regional tektonika struktur formaların yer qabığının ayrı-ayrı sahələrində, yaxud litosferdə müasir vəziyyətini tədqiq edir, geoloji planalma və geofiziki üsulların məlumatlarına əsaslanaraq tektonik rayonlaşdırma məsələlərini işləyib hazırlayır. Tarixi tektonika tektonik hərəkətlərin, Yer qabığının və onun ayrı-ayrı elementlərinin əmələgəlmə tarixini öyrənir, inkişafın əsas mərhələlərini və onun ümumi qanunauyğunluqlarını araşdırır. Genetik, yaxud nəzəri tektonika yer qabığı strukturlarının ümumi inkişaf nəzəriyyəsini işləyib hazırlayır, tektonik hərəkətlərin səbəblərini və tektonik pozulmaların ayrı-ayrı növlərinin əmələgəlmə mexanizmini tədqiq edir. Mü­qa­yisəli tektonika bir sinfin struktur elementlərini, onların tipomorf xüsusiyyətlərini aydınlaşdırmaqla inkişaf ardıcıllığını müəy­yən edir. Eksperimental tektonika müxtəlif tipli strukturların əmələgəlmə şəraitinin eksperimental yolla öyrənilməsilə məşğul olur. Neotektonika geo­morfoloji üsüllarla Yer tarixində  yeni (neogen – dördün­cü dövr) tektonik hərəkətləri və onların yaratdığı strukturları öyrənir. Faydalı qa­zıntıların axtarışı və kəşfiyyatının səmərəli istiqamətləndirilməsi üçün tektonika bö­yük tətbiqi əhəmiyyəti vardır. Yer qabığının üst laylarının strukturu və yeni tektonik hərəkətlərin intensivliyi haqqındakı mə­lumatlar müxtəlif mühəndisi qurğuların (kanal, SES və b.) tikintisində nəzərə alınır.

Ən yeni tektonika geotektonikanın bölmələrindən biri; müasir relyef formalarını əmələ gətirən tektonik prosesləri öyrənir. Ən yeni tektonika hərəkətlərin yaşını əksər tədqiqatçılar neogen-dördüncü dövr hesab edirlər. Bəzən onun aşağı sərhədini kaynozoyun əvvəlinədək endirilir və müxtəlif regionlar üçün müxtəlif qəbul edilir.

Həmçinin bax

  • Geologiya
  • Yer qabığı
  • Geotektonika

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tektonika haqqında məlumat. Tektonika nədir? Tektonika nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Sikhizm

  • Fevral 27, 2026

    Ərdəbil şəhristanı

  • Fevral 26, 2026

    Yəmən inqilabı

  • Fevral 27, 2026

    Ozuna

  • Fevral 27, 2026

    1909-cu il

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst