Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ançisxati bazilikası (gürc. ანჩისხატი) – Tbilisinin Qədim şəhər rayonunda yerləşən VI əsrə aid bazilika formalı kilsədir. Tanrı anasının doğulmasına həsr edilmi

Ançisxati bazilikası

  • Ana Səhifə
  • Vikipediya
  • Ançisxati bazilikası

Ançisxati bazilikası (gürc. ანჩისხატი) – Tbilisinin Qədim şəhər rayonunda yerləşən VI əsrə aid bazilika formalı kilsədir. Tanrı anasının doğulmasına həsr edilmiş kilsə Tbilisidə dövrümüzə çatmış ən qədim kilsədir.

Ançisxati bazilikası
gürc. ანჩისხატი
Ölkə  Gürcüstan
Şəhər Tbilisi
Yerləşir Tbilisi
Aidiyyəti Gürcü pravoslav kilsəsi
Tikilmə tarixi VI əsr
Üslubu Gürcüstan memarlığı
Günbəzləri 1
Vəziyyəti fəaliyyət göstərir
41°41′43″ şm. e. 44°48′24″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Bazilikanın 1900-cü ildə Baron de Baye tərəfindən çəkilmiş fotosu

Gürcü salnamələrinə görə, Ançisxati kilsəsi Tbilisini paytaxt elan etmiş Xosrovidlər sülaləsindən olan İberiya çarı I Daçinin (522-534) sifarişi ilə inşa edilmişdir. İlkin olaraq Bakirə Məryəmin doğulması şərəfinə adlandırılmış kilsə, 1675-ci ildə Ançi monastırından (Tao-Klarceti, müasir Türkiyənin Artvin əyaləti) enkaustik Xilaskar ikonasının (Ançi ikonası) gətirilməsi ilə əlaqədar olaraq həm də Ançisxati adı ilə tanınmışdır. XII əsrdə Beka Olizarinin qızıl elementlərlə işlədiyi gümüş riza içərisində olan ikonanın Tbilisiyə gətirilməsində məqsəd, osmanlıların əraziyə hücumu zamanı məhv edilməsinin qarşısını almaq idi. Əsrlər boyunca Ançisxati kilsəsində saxlanan ikona hazırda, Gürcüstan Dövlət İncəsənət Muzeyində sərgilənir.

XV-XVII əsrlərdə farslar və türklərin Tbilisini ələ keçirmələri zamanı kilsə dəfələrlə dağıdılmış və yenidən bərpa edilmişdir. Ançisxati kilsəsinin yanında yerləşən kərpic zəng qülləsi 1675-ci ildə katolikos Domentinin sifarişi ilə inşa edilmişdir. 1870-ci illərdə tağların əlavə edilməsi zamanı, qədim bazilikanın erkən memarlıq planlaşdırılmasına ciddi dəyişiklik edilmişdir.

SSRİ dövründə kilsənin dağıdılması planlaşdırılsa da, ziyalıların (xüsusilə David Arsenişvilinin) səyi nəticəsində abidə saxlanılmış və kustar istehsalat nümunələri muzeyinə çevrilmişdir. Daha sonra kilsə binasında bədii emalatxana fəaliyyət göstərmişdir. 1958-1964-cü illərdə memar R. Qverdçitelinin rəhbərliyi ilə aparılan restavrasiya işləri zamanı bina XVII əsrdə olan görkəminə qaytarılmışdır. 1989-cu ildən Ançisxati yenidən kilsə kimi fəaliyyət göstərməyə başlamışdır. Ançisxati kilsəsinin xoru qədim gürcü kilsə himnlərinin parlaq ifadəsi ilə məşhurdur.

Memarlıq xüsusiyyətləri

Üçnefli bazilika formasına malik Ançisxati kilsəsinin yarımdairəvi apsidaları onnun qədim memarlıq elementlərini qoruduğunu göstərir. İlkin olaraq bina sarı tuf bloklarından təşkil olunsa da, 1958-1964-cü ildə restavrasiya zamanı kərpicdən istifadə edilmişdir Bina üç tərəfdən giriş qapısına malik olsa da, hazırda yalnız qərb fasadında yerləşən qapı istifadə edilir.

Kilsə daxilində 1630-1638-ci illərdə Gürcü pravoslav kilsəsinə rəhbərlik etmiş katolikos I Yevdemoz Diasamidze dəfn edilmişdir. 1638-ci ildə katolikos VI Nikolozanın sifarişi ilə hazırlanmış ikona xaric, məbədi bəzəyən bütün ikonalar XIX əsrə aiddir.

Ədəbiyyat

  • Абашидзе И. Ред. Грузинская Энциклопедия. Vol. IX. Тбилиси, Грузия, 1985.
  • Амиранашвили Ш. История грузинского искусства. Khelovneba, Тбилиси, Грузия, 1961.
  • Rosen, Roger. Georgia: A Sovereign Country of the Caucasus. Odyssey Publications: Hong Kong, 1999. ISBN 962-217-748-4

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ançisxati bazilikası haqqında məlumat. Ançisxati bazilikası nədir? Ançisxati bazilikası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Hörmüzgan ostanı

  • Fevral 27, 2026

    Navəkmisal xanım

  • Fevral 27, 2026

    Keyt Uinslet

  • Fevral 27, 2026

    Böyük təqib

  • Fevral 27, 2026

    Samir Şərifov

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst