Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Muxtar Hacı oğlu Hacıyev (dekabr 1876, Fərəhli, Qazax qəzası – 21 aprel 1938, Bakı) — Azərbaycan və sovet dövlət xadimi, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəs

Muxtar Hacıyev

  • Ana Səhifə
  • Vikipediya
  • Muxtar Hacıyev

Muxtar Hacı oğlu Hacıyev (dekabr 1876, Fərəhli, Qazax qəzası – 21 aprel 1938, Bakı) — Azərbaycan və sovet dövlət xadimi, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin ilk sədri (1921–1922).

Muxtar Hacıyev
Azərbaycan SSR Ali Məhkəməsinin sədri
29 yanvar 1932 – 1933
ƏvvəlkiSeyidcəfər Yaqubov
Azərbaycan SSR xalq torpaq komissarı
i. e. 1928 – 1930
Azərbaycan SSR xalq ictimai təminat komissarı
1927 – 1928
ƏvvəlkiMəmməd Məmmədyarov
Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri
19 may 1921 – 6 may 1922
Əvvəlkivəzifə təsis edilib
SonrakıSəməd ağa Ağamalıoğlu
Şəxsi məlumatlar
Doğum tarixi dekabr 1876(1876-12)
Doğum yeri
  • Fərəhli, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 21 aprel 1938(1938-04-21) (61 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası (1917–1937),
  • Rusiya Sosial-Demokrat Fəhlə (bolşeviklər) Partiyası (1904–1917),
  • Hümmət Partiyası
Fəaliyyəti siyasətçi

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni — 1932

Mündəricat

Həyatı

Muxtar Hacıyev 1876-cı ildə Qazax qəzasının Fərəhli kəndində doğulmuşdur. 1897-ci ildən Bakıda fəhlə işləmişdir.

Repressiya qurbanı olmuşdur. 1938-ci ildə güllələnmişdir.

Siyasi fəaliyyəti

Muxtar Hacıyev Hümmət Partiyasının üzvü, 1904-cü ildən etibarən isə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.

Muxtar Hacıyev Bakıda fəhləlik etdiyi dövrdə keçirilmiş fəhlələrin nümayiş və tətillərində iştirak etmişdir. O, Neft Sənayesi Fəhlələri İttifaqı və Mədən Zavod Komitəsinin üzvü olmuşdur.

Muxtar Hacıyev 1908–1916-cı ildən Bakının sənaye rayonlarında və Qazax qəzasında sosial-demokrat və bolşevizm təbliğatı aparmışdır. 1917-ci ildə Qazax qəzasında kəndli hərəkatına dəstək vermiş və qəzada Hümmət Partiyasının yerli şöbəsinin yaradıcılarından olmuşdur.

Muxtar Hacıyev 1920–1921-ci illərdə Qazax Qəza İnqilab Komitəsinin sədri olmuşdur. 1921-ci ildə keçirilmiş Birinci Ümumazərbaycan Sovetlər qurultayında Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri seçilmişdir. O, bu vəzifədə 1922-ci ilədək çalışmış, 1922–1926-cı illərdə Azərbaycan SSR Xalq Torpaq Komissarlığının kollegiya üzvü olmuşdur. 1927-ci ildə Azərbaycan SSR xalq ictimai təminat komissarı təyin edilmiş, 1928–1930-cu illərdə Azərbaycan SSR xalq torpaq komissarı vəzifəsini icra etmişdir. 1932–1933-cü illərdə isə Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsində işləmişdir.

Muxtar Hacıyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Nəzarət Komitəsinin üzvü , Zaqafqaziya SFSR Mərkəzi İcraiyyə Komitəsinin, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin və rəyasət heyətlərinin üzvü olmuşdur. Azərbaycan Qızıl Aypara Cəmiyyətinə sədrlik etmişdir. Muxtar Hacıyevin həyat yoldaşı Söylü xanım da repressiya qurbanı olmuş və Qazaxıstana sürgün edilmişdir. Muxtar Hacıyevin 4 qızı, 1 oğlu olub: Tükəzban, Azadə, Gülgəz,Cəvahir və Kamran. Qızı Gülgəz Emin ağa Acalovun oğlu ilə ailəli olub və Namiq adlı oğulları olub bu evlilikdən.

Mükafatları

Muxtar Hacıyev Azərbaycan SSR-in "Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Muxtar Hacıyev haqqında məlumat. Muxtar Hacıyev nədir? Muxtar Hacıyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Bayandurlar sülaləsi

  • Fevral 27, 2026

    Üçbucaq

  • Fevral 27, 2026

    Van ili

  • Fevral 11, 2026

    Şərq

  • Fevral 27, 2026

    Malus halliana

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst