Əmir Vəli (v. 1386) — Astarabad hakimi.
| Əmir Vəli | |
|---|---|
| Şəxsi məlumatlar | |
| Vəfat tarixi | 1386 |
Həyatı
1386-cı ilin baharında Əmir Teymur İrana yürüş edir. Təbriz hakimi Əmir Vəli Azərbaycan, Fars və İraq qoşunlarını səfərbərliyə alaraq öz ətrafında birləşdirib Teymura qarşı çıxmaq istəsə də, onun cəhdi baş tutmadı. Teymurun qoşunları Sultaniyyəni tutub Təbrizə tərəf irəlilədi və şəhərə daxil oldu. Sultan Əhmədin Bağdaddan Təbrizə göndərdiyi qoşun da məğlub oldu, lakin Əmir Teymur burada çox qalmayaraq Orta Asiyaya – Səmərqəndə qayıdır və özü ilə çoxlu sənətkarları öz paytaxtına aparır.
Tarixçi Zeynəddin Qəzvini yazır: "Əmir Vəli Təbrizə çatan kimi Mahmud Xalxalinin yanına adam göndərib onu özü ilə müttəfiq etdi".
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əmir Vəli haqqında məlumat. Əmir Vəli nədir? Əmir Vəli nə deməkdir?