Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azərbaycan ərazisində kurqan tipli abidələrə ən çox rast gəlinən bölgələrdən biri Göygöl rayonudur. İndiyədək Gəncəçayın hər iki sahilində, kiçik təpələr üzərin

Göygöl kurqanları

  • Ana Səhifə
  • Vikipediya
  • Göygöl kurqanları

Göygöl kurqanları — Göygöl rayonu ərazisində tarixi-arxeoloji abidələr.

Göygöl kurqanları
Şəhər Göygöl
Yerləşir Göygöl
Üslubu Arxeoloji abidə
KateqoriyaKurqan
ƏhəmiyyətiÖlkə əhəmiyyətli

Haqqında

Azərbaycan ərazisində kurqan tipli abidələrə ən çox rast gəlinən bölgələrdən biri Göygöl rayonudur. İndiyədək Gəncəçayın hər iki sahilində, kiçik təpələr üzərindəki düzənlik sahədə yüzlərlə kurqan qeydə alınıb və bir qismi bu ərazidə məskunlaşmış almanəsilli şəxslər tərəfindən XIX əsrin sonları və XX əsrin əvvəllərində tədqiq edilib. Tədqiqatçılar içərisində Y.Hümmelin (1941-ci ildə Qazaxıstana sürgün edilib) XX əsrin 20-30-cu illərində burada çoxsaylı kurqanlarda apardığı arxeoloji qazıntı işləri elmi cəhətdən özündən əvvəlki mütəxəssislərin tədqiqatlarından köklü şəkildə fərqlənməklə Azərbaycanın qədim tarixinin öyrənilməsində müstəsna əhəmiyyət kəsb edir.

2018-ci ildə arxeoloq Arif Məmmədovun rəhbərlik etdiyi Gəncə-Göygöl arxeoloji ekspedisiyası Göygöl rayonunda arxeoloji qazıntı və çöl-tədqiqat işləri aparıb.

Əsas arxeoloji qazıntı işləri Göygöl rayonunun Quşqara bələdiyyəsi ərazisində, Gəncə şəhərində Heydər Əliyev parkına yaxın ərazidə, Gəncə-Şəmkir yolunun sağında, Quru Qobunun sol tərəfində, Quşqara bələdiyyəsi ərazisindəki kurqantipli qəbirlərdə aparılıb. Qazıntıların nəticələri göstərir ki, kurqan kimi təqdim olunan abidələr sadəcə kurqantipli qəbirlərdir və Azərbaycanın Son Tunc dövrü köçəri tayfalarının adət-ənənələrini, həyat tərzini əks etdirir.

2023-cü ildə Arxeoloq Müzəffər Hüseynovun rəhbərliyi ilə Göygöl rayonu ərazisində Göygöl-Topalhəsənli yolunun sol tərəfində, yoldan 120 metr məsafədə 5 metrə yaxın hündürlüyü olan kiçik təpənin üzərində yerləşən kurqan tədqiq olunmuşdur. Torpaq örtüklü kurqanın diametri 22 metr, hündürlüyü 1,5 metrdir. Kurqanda maraqlı dəfn adətləri qeydə alınıb. Burada kurqan örtüyü götürüldükdən sonra 2,2x2,4 metr ölçüdə, 1 metr dərinliyi olan əsas kurqanaltı kamera yerləşir. Əsas kamera Son Tunc-Erkən Dəmir dövrünə aiddir. Digər maraqlı cəhət isə vaxtilə kurqanın yerləşdiyi təpədə Erkən Tunc dövrünə aid torpaq qəbrin salınmasıdır. Son Tunc-Erkən Dəmir dövrü kamerası torpaq qəbrin bir hissəsini kəsdiyi üçün məzarın bu hissəsi dağıntıya məruz qalıb. Torpaq qəbrin kurqan qurulmazdan əvvəl salındığı müşahidə edilib. Əsas kurqanaltı kameradan başqa, kurqan örtüyündə sonradan erkən müsəlman dövrünə aid 10 ədəd katakomba tipli sapma qəbirlər salınıb. Sapma qəbirlərin üzərinə bir cərgə uzunsov çaydaşı düzülüb. Beləliklə, torpaq örtüklü kurqanda torpaq qəbir, qəbir kamerası və 10 sapma qəbir aşkarlanıb.

Həmçinin bax

  • Kərimli kənd kurqanları
  • Borsunlu kurqanları
  • Qobustan kurqanları
  • Xoşbulaq kurqanları

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Göygöl kurqanları haqqında məlumat. Göygöl kurqanları nədir? Göygöl kurqanları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Toponim

  • Fevral 27, 2026

    Elbric Cerri

  • Fevral 27, 2026

    Xromosfer

  • Fevral 27, 2026

    İmmanuel Kant

  • Fevral 23, 2026

    11 iyun

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst