Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rustaveli prospekti (gürc. რუსთაველის გამზირი) — keçmişdə Qolovin küçəsi kimi bilinən, daha sonralar isə orta əsr gürcü şairi olmuş Şota Rustavelinin xatirəsinə

Rustaveli prospekti

  • Ana Səhifə
  • Vikipediya
  • Rustaveli prospekti

Rustaveli prospekti (gürc. რუსთაველის გამზირი) — keçmişdə Qolovin küçəsi kimi bilinən, daha sonralar isə orta əsr gürcü şairi olmuş Şota Rustavelinin xatirəsinə adlandırılan Tbilisinin mərkəzi prospektidir.

Rustaveli prospekti
შოთა რუსთაველის გამზირი
Ümumi məlumatlar
Ölkə
  •  Gürcüstan
Uzunluğu
  • 1,5 km
Şərəfinə adlandırılıb Şota Rustaveli
Rustaveli prospektində yerləşən Rustaveli Teatrının görünüşü
Rustaveli prospekti, 19-cu əsrdə Qolovin prospekti adlanırdı

Prospekt Azadlıq meydanından başlayır və təxminən 1.5 km Kostava küçəsinə kimi uzanır. Rustaveli tez-tez Tbilisinin bir çox hökumət, ictimai, mədəni və biznes binalarının yerləşdiyi hissəyə çıxış üçün əlverişli ara yol hesab edilir. Gürcüstanın keçmiş Parlament binası, Gürcüstan milli Opera Teatrı, Rustaveli teatrı, Gürcüstan milli Elmlər Akademiyası, Kaşveti kilsəsi, Gürcüstan dövlət muzeyi (Gürcüstan milli muzeyinin bir hissəsi) və Tbilisi Biltmor hoteli məhz Rustavelidə yerləşir.

1989-cu ildə on minlərlə gürcü parlament binasından öncə məhz Rustavelidə toplandı. Sovet spetsnaz qüvvələri tərəfindən hücuma məruz qalmış etirazçıların bir hissəsi 9 Aprel faciəsində burada qətlə yetirilmişdir.

2007 və 2011-ci illərdə prospekt anti-hökumət etirazlarının mərkəzi olmuşdur.

Yaxınlaşma

Tiflis metropoliteni və avtobuslarla buraya gəlmək mümkündür. Bura Tbilisinin ikinci tarixi hissəsi sayılan — Aqmaşenebeli prospektindən sadəcə 1 metro stansiya aralıda yerləşir.

Rustaveli prospektində həyat

Rustaveli prospekti Azadlıq meydanından başlayır. Rustaveli prospektində ilk bina olan Rustaveli kinoteatrı, Gürcüstanın ən böyük kinoteatrıdır. Kinoteatrın qarşısında keçmiş Parlament binası və gənclik sarayı yerləşir. Kaşveti kilsəsi incəsənət evi ilə incəsənət muzeyinin arasında yerləşir. Rustaveli prospektində bir çox gözel binalar yerləşir; onların arasına Tbilisi Opera Evi və Rustaveli Teatrıda daxildir. Prospekt müxtəlif kafelərlə, mağazalarla, restoranlar və digər əyləncəli məkanlarla doludur. Rustaveli prospekti müasir və 20-ci əsr tikililəri ilə zəngindir. Bura həmçinin bir çox ictimai etirazların və sərgilərin nümayiş olunduğu məkandır. Prospekt Tbilisinin ən turistik və arxitekturaya sahib mərkəzlərindən biridir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rustaveli prospekti haqqında məlumat. Rustaveli prospekti nədir? Rustaveli prospekti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hollandiya regionu

  • Fevral 27, 2026

    Azərbaycan memarlığı

  • Fevral 27, 2026

    İskəndər (Təbriz)

  • Fevral 27, 2026

    Maqnituda

  • Fevral 27, 2026

    Rubus australis

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst