Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bəzi tədqiqatçılar peçoyları türklərin oğuz qrupuna aid edilən peçeneqlərdən (əksər tarixi ədəbiyyatlarda "beçene" və ya "beçeneq" kimi işlədirilir) sayır. Bir

Peçoylar

  • Ana Səhifə
  • Vikipediya
  • Peçoylar

Peçoylar (beçoylar) — Orta əsrlərdə Macarıstan ərazisində yaşamış müsəlman-türk xalqı.

Bəzi tədqiqatçılar peçoyları türklərin oğuz qrupuna aid edilən peçeneqlərdən (əksər tarixi ədəbiyyatlarda "beçene" və ya "beçeneq" kimi işlədirilir) sayır. Bir qism tədqiqatçılar isə peçoyları hun tayfalarının bir qolu hesab edir. Türkiyəli tarixçilər isə peçoyları nə hunlara, nə də peçeneqlərə aid etmədən Peç şəhərinin əhalisi ("peçoy" və "peçevi" sözlərinin ərəb əlifbası ilə eyni cür yazılmasını əsas gətirərək) kimi Anadoludan köçmüş osmanlı türklərindən sayır.

Peçoylar barədə dövrümüzə qədər gəlib çatmış yeganə tarixi sənəd məşhur türk səyyahı Övliya Çələbinin "Səyahətnamə" əsəridir. Övliya Çələbi peçoylara XVII əsrin ortalarında Macarıstan ərazisində rast gəlmişdir.

Övliya Çələbi Səyahətnaməsində Macarıstan ərazisindəki Peçoy şəhəri haqqında:

" Su və havasının dadlılığından bütün oğlanları otuz yaşına qədər tər bığlı, gözəl üzlü olub, mələk görünüşlü, həddən artıq parlayan Günəş kimi, yetkin və gözəl üz sahibliyi ilə tanınan cavanlardır. Dişləri inci kimi olan gözəl və ədəbli qızları və qadınları... Şəriətdən kənar zərrə qədər baş çıxararsa, o an öldürülərlər. Bütün sərhəd xalqları kimi…sinəsi və qolları gümüş düyməli çuxadan qısa dolamalar…, başlarına tam bəyaz çuxadan samur papaqlar geyib… qılınc, şeşpər, şiş ilə gəzən bir alay qazilərdir, lakin Peçoylar bu xalqlar arasında bəsbəllidir. Başlarında ağ papaqlar, bellərində kəmənd və bıçaqları, əllərində topuzları, kiminin də əlində qopuzları çalaraq yollardan keçərlər. Qopuz sazını çalmaq bu Peçoy qazilərinə məxsusdur, ama Allaha əyandır ki,.. dinləyənlər çoşub, bir-birlərini cəngə sövq edərlər. Bu diyarda saz, söz, içki, əyləncə, atmaq, tutmaq, asmaq, yıxmaq və kəsmək ayıb deyildir, amma böhtançı, fitnəçi, yalançı, gəvəzə adamları və nəşəxorları sevməzlər, onlara salam verib, danışmazlar, bir alay Allah yolunda cihad edən qərib qazilərdir...İgidləri Macar kafirlərinin paltarlarını geyinib ta Macar diyarına gedərlər, zira macarca da çox düzgün və yaxşı danışarlar. İstədikləri komandanları və digər imansız kafirləri tutub Peçoy şəhərinə sağ-salamat və qənimətlə gətirərlər. Div balasına bənzər iri əlli, igit, hünərli, cəsur və qorxusuz ərləri var… Həqiqətən qəriblərə dost olan, xəsislik etməyən və süfrələri hamıya açıq olan adamları var. Və hamısı Xanədanlarını sevərlər. Mühafizəkar və fanatları sevməyən tovhid əhli insanlardır. Hamısı Farscanı sevərlər ki, hər birinin əlində Hafiz Divanı, Gülüstan, Bostan, Xəyyam divanları və Nizami Xəmsəsi var. Əgər düşmən üstünə getmək istəsələr, Hafiz divanından bir fal tutarlar, istəklərinə uyğun bir beyt gəlsə, həmən Allah təvəkkül edib, səfərə çıxarlar və Allahın əmrilə zəfərlə qayıdarlar.Hamısı serbcə, bolqarca, macarca, rumca və əcəmcə bilirlər. Hamılıqla dillərindəki zikrləri “Allah”dır. "

Azərbaycanın indiki Ağsu rayonu ərazisindəki Bico kəndinin adının etimologiyası ilə bağlı versiyalardan biri də bu adın peçoy tayfalarının adından götürülməsidir.

Mündəricat

Dilləri

Mədəniyyət

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Peçoylar haqqında məlumat. Peçoylar nədir? Peçoylar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Çin otağı

  • Fevral 27, 2026

    Jan-Jak Russo

  • Fevral 27, 2026

    Emmi mükafatı

  • Fevral 27, 2026

    Vilyam Buqro

  • Fevral 21, 2026

    İstanbul

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst