Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

V Afonso (port. Afonso V de Portugal; 15 yanvar 1432[…], Sintra[d] – 28 avqust 1481[…], Sintra[d]) — XII Portuqaliya kralı. Əslində Aviz sülaləsinin üzvü olan A

V Afonso

  • Ana Səhifə
  • Vikipediya
  • V Afonso

V Afonso (port. Afonso V de Portugal; 15 yanvar 1432[…], Sintra[d] – 28 avqust 1481[…], Sintra[d]) — XII Portuqaliya kralı. Əslində Aviz sülaləsinin üzvü olan Afonso, Afrikadakı fəthlərinə görə Afrikalı Afonso (port. Afonso o Africano) ləqəbi ilə tanınmışdır. Onun dövründə Portuqaliya, Şimali Afrikada əhəmiyyətli hərbi yürüşlər həyata keçirmiş və ölkənin dənizaşırı ambisiyaları güclənmişdir.

V Afonso
XII Portuqaliya kralı
13 sentyabr 1438 – 11 noyabr 1477
ƏvvəlkiI Duarte
SonrakıII Juan
15 noyabr 1477 – 28 avqust 1481
ƏvvəlkiII Juan
SonrakıII Juan
Şəxsi məlumatlar
Doğum tarixi 15 yanvar 1432(1432-01-15)[…]
Doğum yeri
  • Sintra[d]
Vəfat tarixi 28 avqust 1481(1481-08-28)[…] (49 yaşında)
Vəfat yeri
  • Sintra[d]
Vəfat səbəbi taun
Fəaliyyəti kral
Atası I Duarte
Anası Araqonlu Eleonora
Həyat yoldaşları
  • Koimbralı İzabella (1448–1455),
  • Kastiliyalı Yuanna (1475–1481)
Uşaqları
  • İnfanta Yuanna,
  • II Con (Portuqaliya kralı)
Ailəsi Avis sülaləsi
Dini Roma-Katolik kilsəsi

Təltifləri Knight of the Garter — 1447
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1432-ci ildə Sintrada dünyaya gəldi. Atası Kral I Duarte, anası isə Araqonlu Elyanora idi. O, yalnız 6 yaşında ikən atası vəfat etdiyindən, krallıq taxtına uşaq yaşda çıxmışdır. Onun naibliyi isə əvvəlcə anası, daha sonra isə əmisi İnfant Pedru tərəfindən idarə olunmuşdur. 1447-ci ildə elə həmin əmisinin qızı İzabellayla evləndirildi. Cütlüyün bu nigahdan 3 övladı dünyaya gəldi:

  • Juan (1451)
  • Juanna (1452-1490), rahibə
  • II Juan, Portuqaliya kralı

Xanımının 1455-ci ildə vəfatının ardından uzun müddət dul qalan V Afonso, Kastiliya taxtı uğrunda mübarizədə taxt iddiasını gücləndirmək üçün 1475-ci ildə Kastiliya kralı IV Henrinin qızı Xuana ilə evləndi. Ancaq bu evlilikdən övladı olmadı.

V Afonsonun hakimiyyəti dövründə ən önəmli hadisələrdən biri, Şimali Afrikada həyata keçirilən fəthlər olmuşdur. Onun dövründə Asilə və Tanjer şəhərləri ələ keçirildi.

1477-ci ildə, V Afonso, siyasi yorğunluq və Kastiliya taxtı uğrunda mübarizədə uğursuzluq səbəbilə taxtdan rəsmi olaraq imtina edərək yeganə oğlu II Juanı taxta çıxardı. Lakin bir neçə ay sonra o, oğlunun islahat siyasətinə və mərkəzləşdirmə cəhdlərinə qarşı narazılıq hiss edərək yenidən taxta qayıtdı. Bu qısa taxt dönüşü dövründə real güc artıq II Juanın əlində idi və Afonso siyasi nüfuzunu bərpa edə bilmədi.

V Afonso 28 avqust 1481-ci ildə vəfat etmiş və yerinə oğlu II Juan keçmişdir. Onun dövrü Portuqaliyanın dəniz kəşfləri və müstəmləkəçilik tarixində önəmli bir keçid mərhələsi hesab olunur. O, həmçinin "qəhrəman kral", "səlibçi idealizminin təmsilçisi" və Afrikada fəthlərlə xatırlanan "imperiya vizyonuna sahib ilk Portuqaliya kralı" kimi tarixdə yer almışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, V Afonso haqqında məlumat. V Afonso nədir? V Afonso nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Fatir surəsi

  • Fevral 24, 2026

    Ermənistan dramı

  • Fevral 27, 2026

    Casusluq

  • Fevral 27, 2026

    Qalstuk

  • Fevral 24, 2026

    Uels Şahzadəsi

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst