Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şirvanşah I Fəribürz iki oğul qoyub getmişdi: II Mənuçöhr və I Əfridun. Onlar növbə ilə hakimiyyətə gəlmişlər. Məsud ibn Namdarın verdiyi məlumata görə Fəribürz

II Mənuçöhr

  • Ana Səhifə
  • Vikipediya
  • II Mənuçöhr

II Mənuçöhr – Şirvanşahlar dövlətinin on yeddinci hökmdarı, Şirvanşah I Fəribürzün oğlu.

II Mənuçöhr ibn I Fəribürz
II Mənuçöhrün adına kəsilmiş sikkə (Rusiya Dövlət Ermitajı)
II Mənuçöhrün adına kəsilmiş sikkə (Rusiya Dövlət Ermitajı)
Şirvanşahlar Dövlətinin XVII hökmdarı
1096 – 1106
ƏvvəlkiI Fəribürz
SonrakıI Əfridun
Şəxsi məlumatlar
Doğum yeri Şamaxı
Vəfat tarixi 1120
Vəfat yeri Şamaxı
Atası I Fəribürz
Dini İslam

Mündəricat

Fəaliyyəti

Şirvanşah I Fəribürz iki oğul qoyub getmişdi: II Mənuçöhr və I Əfridun. Onlar növbə ilə hakimiyyətə gəlmişlər. Məsud ibn Namdarın verdiyi məlumata görə Fəribürzün Gəncənin və bütün Arran vilayətinin əmiri olmuş əl-Ədud adlı oğlu olmuşdur. S. Aşurbəyli qeyd edir ki, bu Fəribürzün oğlunun adı deyil, ləqəbi idi. Onun adını müəyyənləşdirmək hələlik mümkün deyil, lakin güman etmək olar ki, bu II Mənuçöhrün ləqəbidir.

II Mənuçöhr haqqında qalmış yeganə sənədlər Ermitajda alçaq əyarlı gümüş sikkə və onun adı çəkilən kitabədir. Mənbələrdə onun haqqında heç bir məlumat verilmir. Sikkənin üz tərəfində dini rəmz, xəlifə əl-Müstəzhir billahın (h.487-512 (1094-1118)-ci illər) və səlcuq sultanı Məhəmmədin (h.498-511 (1105-1118)-ci illər) adları göstərilmişdir. Arxa tərəfdə əl-məlik Mənuçöhr ibn Fəribürz adı həkk olunmuşdur. Xəlifə Müstəzhir h.487-ci ildən 512-ci ilədək (1094- 1118), sultan Məhəmməd ibn Məlik şah isə h.498-ci ildən 511-ci ilədək (1105-1118) hökmranlıq etmişdir. Deməli, h.498 (1105)-ci ildə Mənuçöhr Şirvanın şahı idi. Kitabəyə görə II Mənuçöhr h.489 (1096)- cu ildə hakimiyyətə başlamışdır: "Şirvanşah Əbü-1-Müzəffər, möminlər əmirinin köməkçisi Mənuçöhr ibn Fəribürzün zamanında. Dörd yüz səksən doqquzuncu il (1096-cı il)". Onun hakimiyyətinin son ili məlum deyil. Lakin Əfridunun h.514 (1120)-cü ildə öldürüldüyü nəzərə alınsa, ehtimal edilir ki, h.498 və h.514 (1105-1120)-cü illər arasında II Mənuçöhrün hakimiyyəti sona çatmış və I Əfridunun hakimiyyəti başlanmışdır.

Sikkədə sultan Məhəmmədin adının çəkilməsi Şirvanşahın İraq səlcuqlarına tabe olduğunu göstərir. Lakin əl-məlik titulu və Mənuçöhrün atasının – Fəribürzün adının çəkilməsi Şirvanşahın hakimiyyətinin möhkəmləndiyinə dəlalət edir. Məlik şahın oğlu, Arranı öz torpaqlarına birləşdirmiş Gəncə hakimi sultan Məhəmmədin hakimiyyət dövrü o zaman dövlətin başında duran qardaşı Börküyarıq əleyhinə üsyan qaldıraraq, onunla hakimiyyət uğrunda ara müharibələri aparması ilə səciyyələnir. Qardaşının ölümündən sonra sultan Məhəmməd h.498-ci ildən 511-ci ilədək (1105-ci ildən 1116-cı ilədək) təkbaşına baş sultan olmuşdur. II Mənuçöhrün adı ilə kiçik mis pullar da var. Onların bir tərəfində titulsuz Mənuçöhr, digər (tərəfində isə Məlik şah (Y.A. Paxomovun fikrincə, II Malik şah) (təqribən h.498 (1104/5-ci il) adları çəkilir. Lakin Kuyumcan onları III Mənuçöhrə aid edir. I Fəribürzün oğlu II Mənuçöhr haqqında sikkələrdən və kitabədən başqa, hələlik, heç bir məlumat yoxdur.

Ailəsi

  • Atası I Fəribürz. Şirvanşah
  • Qardaşı I Əfridun. Dərbənd hakimi.
  • Qardaşı əl-Ədud. Gəncə və Arran hakimi.
  • Bacısı Şahbanu Xatun. Şamaxıda Gülüstan qalasını yenidən tikdirmişdir.
SƏLƏF
I Fəribürz
II Mənuçöhr
Kəsranilər
XƏLƏF
I Əfridun

Həmçinin bax

  • Kəsranilər
  • Azərbaycan tarixi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, II Mənuçöhr haqqında məlumat. II Mənuçöhr nədir? II Mənuçöhr nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Financial Times

  • Fevral 25, 2026

    Vasif Adıgözəlov

  • Fevral 25, 2026

    Əfrasiyab Bədəlbəyli

  • Fevral 27, 2026

    Nəsibə Zeynalova

  • Fevral 27, 2026

    Yusifcanlı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst