Transparency International e.V (TI) — Almaniyanın Berlin şəhərində yerləşən Beynəlxalq qeyri-hökumət təşkilatıdır. 1993-cü ildə yaranıb. Transparency International təşkilatı dünyanın 90-dan çox ölkəsində yerləşən milli bölmələri vasitəsilə həyata keçirilən anti-korrupsiya fəaliyyətini əlaqələndirir. Bu bölmələr özlərinin siyasi xəttini müəyyənləşdirməkdə və fəaliyyətləri üçün maliyyə durumunun artırılmasında azad seçimə malik olan müstəqil yerli QHT-lərdir. Transparency International göstərilən prinsipi özünə rəhbər tutur: "Korrupsiya ölkənin xüsusi bir halı olduğundan, yerli təşkilatların fəaliyyəti göstərilən hər hansı xarici təsirdən və ya cəhddən daha effektli ola bilər."
| Transparency International TI | |
|---|---|
| |
| Növü | Beynəlxalq qeyri-hökumət təşkilatı |
| Fəaliyyəti | Korrupsiya ilə mübarizə, cinayətin qarşısının alınması |
| Yaranma tarixi | 1993 |
| Mərkəzi | Berlin, Almaniya |
| Sədr | Della Fereyra Rubio |
| transparency.org | |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Transparency International haqqında məlumat. Transparency International nədir? Transparency International nə deməkdir?
