Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sankhya, samkhya (sanskr. संख्या, saṃkhyāIAST — "sadalama") — hind fəlsəfəsinin altı əsas teist məktəbindən (mimansa, vedanta, yoqa, sankhya, nyaya, vayşeşika)

Sankhya

  • Ana Səhifə
  • Vikipediya
  • Sankhya

Sankhya, samkhya (sanskr. संख्या, saṃkhyāIAST — "sadalama") — hind fəlsəfəsinin altı əsas teist məktəbindən (mimansa, vedanta, yoqa, sankhya, nyaya, vayşeşika) biri, əsası Kapila (e.ə. 200)tərəfindən qoyulmuş hind dualizm fəlsəfəsi. Bu fəlsəfəyə görə dünyada iki başlanğıc var: prakriti (materiya) və puruşa (ruh). Sankhya fəlsəfəsnin məqsədi ruhu materiyadan ayırmaqdır.

Bu təlim ən qədim fəlsəfi məktəblərdən hesab olunur. Upanişada, Bhaqavad-Qita, Mahabharata və s. kimi müqəddəs yazılarda bu təlimə istinadlar var.

Təlimin qısa olaraq əsas ideyalarını belə demək olar: Sankhyaya görə son reallığın iki tsəzahürü var: prakriti və puruşa. Prakriti ilkin substansiyadır və üç elementlərin — qunnların müxtəlif kombinasıyasından ibarətdir. Bu elementlər aşağıdakılardır:

Sattva — ən təmiz və yüksək xarakterisitikalar cəmi, gerçəklik, xoşbəxtlik mənbəyi.
Radjas — enerji, ehtiras, aktivlik başlanğıcı. Bu aktivliyin nəticəsi ağrı doğurur.
Tamas — zülmət, ətalətli başlanğıc — nadanlıq, ağılsızlıq yaradır.

Prakriti bu üç qunnların kombinasiyası kimi zaman və məkan baxımından sonlu olan material aləmdə təzahür edir. Lakin ilkin prakriti — təzahür olunmamış, zaman və məkan baxımından olmayan, empirik qavranması mümkün olmayan ruhsuz, şüursuz bir başlanğıcdır.

Yəni kainat təzahür olunmamış, qavranılması mümkün olmayan material substansiyadan törənmişdir. Bu substansiya qunnların müxtəlif kombinasiyası vasitəsilə təzahür edir, lakin özünü identifakasiya etmək mümkün deyil.

Puruşa isə təmiz ruhi başlanğıcdır. Lakin onu ağıl, eqo və intellekt kimi qəbul etmirlər, çünki bunları sankhya materiyanın zərif forması hesab edir. Puruşa əbədi, dəyişməz fərdi prinsipdir. Puruşa şəxsiyyətüstü bir kateqoriya deyil və ya hansısa bir tanrı kimi də qəbul olunmur (bu mənada bir növ ateizmi qabaqlayır). Puruşanı — təmiz fərdi şüur, universal və ölməz ruh kimi qəbul etmək olar, lakin eqo və intellekt kimi yox.

Puruşa tərəfindən ilhamlanmış (mayalanmış) prakriti təkamülə uğrayaraq nəticədə ardıcıl olaraq intellektın, eqonun, ağıl və hiss orqanlarını və fiziki örtük — bədən kimi təzahür edir.

Sankhya fəlsəfəsinə əsasən, özünüdərk prinsipi olan Jiva — özündə puruşa tərəfindən mayalanmış eqo (ahankara), hisslər və fiziki bədəni ehtiva edir. Yalnız nurlanmamışlar özlərini əsl "mən" — puruşa ilə eyniləşdirməyi bacarmır, davranışlarındakı motivasiya yalnız fiziki bədən və hissi ehtiyacla şərtlənir. Ona görə də tam azad olma yalnız puruşa və prakritinin tam differensiyasiyası ilə mümkündür.

Qnesoloji baxımdan Sankhya ətraf aləmin varlığını inkar etməməklə yanaşı, onun insan tərəfindən tam dərk olunmasını da mümkün hesab etmir. Bu baxımdan qərb fəlsəfəsində Kant ilə müqayisə olunur.

Həmçinin bax

  • Veda ədəbiyyatı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sankhya haqqında məlumat. Sankhya nədir? Sankhya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İstiqlaliyyət küçəsi

  • Fevral 23, 2026

    Opera

  • Fevral 27, 2026

    Bruton xəstəliyi

  • Fevral 27, 2026

    Mansur Olson

  • Fevral 27, 2026

    Qaraayaq pişik

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst