Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Türkiyənin şimal qərbində yerləşən bu boğazlar (Bosfor və Çanaqqala) Avropa və Asiya qitələri arasında sərhəd sayılır.

Türk boğazları

  • Ana Səhifə
  • Vikipediya
  • Türk boğazları

Türk boğazları ― Mərmərə dənizini Egey dənizi və Qara dəniz ilə bağlayan iki boğaz.

Türk boğazları: Şimal-şərqdə qırmızı rənglə Bosfor, cənub-qərbdə sarı rənglə Dardanel göstərilmişdir.

Türkiyənin şimal qərbində yerləşən bu boğazlar (Bosfor və Çanaqqala) Avropa və Asiya qitələri arasında sərhəd sayılır.

Bosfor boğazı

İstanbul Boğazı və ya Bosfor boğazı Mərmərə dənizini şimal-şərq tərəfdən Qara dənizlə əlaqələndirir. Boğazın uzunluğu təxminən 30 km, eni isə 700 metrdir. İstanbulu Asiya və Avropa tərəflərinə ayırır. Bu qurular arasında əlaqə boğazın üstündə inşa olunmuş üç asma körpü (15 iyul Şəhidlər Körpüsü, Fateh Sultan Mehmet körpüsü, Yavuz Sultan Səlim körpüsü) və boğazın altından keçən bir Marmaray dəmir yolu keçidi və Avrasiya tuneli avtomobil yolu keçidi ilə təmin olunur.

Çanaqqala boğazı

Çanaqqala boğazı və ya Dardanel boğazı Mərmərə dənizini cənub-qərb tərəfdən Egey dənizi ilə əlaqələndirir. Boğazın uzunluğu 68 km, eni isə 1.2 km-dir. Çanaqqala boğazı Türkiyənin Çanaqqala şəhəri yaxınlığında yerləşir. Birinci Dünya müharibəsində Çanaqqala döyüşü bu ərazilərdə baş tutmuşdur. Boğazın ayırdığı quru sahələrini əlaqələndirmək üçün üzərində inşa olunmuş Çanaqqala 1915 körpüsü 2022-ci ilin 18 martında istifadəyə verilmişdir. Bu, dünyanın ən uzun orta məsafəli asma körpüsüdür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Türk boğazları haqqında məlumat. Türk boğazları nədir? Türk boğazları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Plebeylər

  • Fevral 23, 2026

    Ərəblər

  • Fevral 23, 2026

    5 may

  • Fevral 24, 2026

    Geologiya

  • Fevral 24, 2026

    Napoleon Bonapart

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst