Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tupolev Tu-95 (NATO kod adı Bear) – Soyuq müharibə dövründə SSRİ-də Tupolev zavodu tərəfindən istehsal edilmiş, uzun ömürlü və çox uğurlu strateji bombardmançı

Tupolev Tu-95

  • Ana Səhifə
  • Vikipediya
  • Tupolev Tu-95

Tupolev Tu-95 (NATO kod adı Bear) – Soyuq müharibə dövründə SSRİ-də Tupolev zavodu tərəfindən istehsal edilmiş, uzun ömürlü və çox uğurlu strateji bombardmançı və raket daşıyıcı təyyarə.

"Tupolev Tu-95"
Tipi Strateji bombardman, dəniz patrul, raket daşıyıcı, nəqliyyat
Hazırlayan Tupolev
İstehsalçı Tupolev Konstruktor Bürosu
Dizayner N.I. Bazenkov
İlk uçuş 12 Noyabr 1952
İstismara verilmə tarixi 1956
İstimarının bitmə tarixi 2040
İstismarçılar Rusiya Hərbi Hava Qüvvələri, Rusiya Donanması
İstehsal ili 1952 - 1963
Buraxılış sayı 500+
Variantları Tu-114 (Sərnişin təyyarəsi)
Tu-119 (Nüvə bombardmanı təyyarəsi)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2011-ci ildə hələ də xidmətdə olan bu təyyarənin, Rusiya Hərbi Hava Qüvvələrinin aldığı qərara əsasən 2040-cı ilə qədər sərhəd təhlükəsizliyi kimi xidmətdə qalması nəzərdə tutulub. Tu-95 dörd ədəd Kuznetsov turboprop tipli mühərrikə malikdir. Bunun sayəsində bütün zamanların ən sürətli və güclü təyyarələrindən biri hesab olunur. İndiyə kimi xidmətə girən tək turboprop motorlu bombardman təyyarəsidir. Donanma kəşfiyyat variantına Tu-142 adı verilmişdir. Bundan başqa, Çar Bombası adlı bomba xüsusi olaraq hazırlanmış Tupolev Tu-95 təyyarəsindən atılıb. "95" təyyarəsinin hazırlanmış variantlarının ümumi sayı, seriya modifikasiyalar, laboratoriyalar və həyata keçməyən layihələr uçan təcrübə nümunələri ilə birlikdə təxminən 500 vahiddir. Suriyada Tu-95 praktiki tətbiq etməsi sübut etdi ki, təyyarə tək "nüvə təmkinliyinin abstrakt vasitəsi" deyil, həmçinin real müasir lokal müharibələrdə istifadə oluna bilər. National Interest qeyd edir ki, Tu-95-i "köhnəlmiş silah" hesab etmək kifayət qədər sadəlövhlükdür. Çünki faktiki olaraq belə təyyarədən böyük uzaqlığa uçmaqdan başqa heç nə tələb olunmur, amma onun real silahı X-101 kimi ən yeni qanadlı stels-raketlərdir, hansılar ki, 5500 kilometr uzaqlıqdan T-95-ə Hava Hücumundan Müdafiənin istənilən sistemlərinin hərəkət radiusları xaricində hədəflərə "cəzasız" hücüm etməyə icazə verirlər.

Tu-95 modifikasiyaları əsasında müxtəlif təyinatlı uçan laboratoriyalar, Tu-114 qitələrarası sərnişin laynerini və onun layihə nəqliyyat variantı yaradılmışdır. Öz növbəsində, Tu-114 əsasında Tu-126 radiolokasiya döyüş təyyarəsi yaradılmışdı.

Tarixi

Andrey Tupolevin başçılıq etdiyi Layihə Bürosu 1949-cu ildə ilk Sovet qitələrarası bombardmançı TU-85 inkişaf etdirmişdir. Erkən 1950-ci illərdə beynəlxalq siyasi vəziyyət SSRİ Hava Qüvvələrinin strateji komponentinin gücləndirilməsini tezliklə tələb edib. OKB Tupolev yeni yüksək sürətli uzun mənzilli bombardmançı dizaynını başlamaq tapşırılıb. Tupolevin layihəsi üzrə işlərin rəhbəri N.I. Bazenkov təyin edilib. Avqust 1951-ci ildən etibarən gələcək bombardmançının inkişaf planının sxemləri iş başlatdı. 31 Oktyabr 1951-ci ildə Hava Qüvvələrinin Komissiyası hazırlanmış layihəni təsdiq edib. 12 noyabr 1952-ci ildə test pilot heyəti prototip üzərində ilk uçuşunu reallaşdırdı.

İstifadəçilər

  • Hindistan Hindistan: Hindistan Donanması
  • Rusiya Rusiya/SSRİ SSRİ
  • Ukrayna Ukrayna istifadədən çıxarılıb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tupolev Tu-95 haqqında məlumat. Tupolev Tu-95 nədir? Tupolev Tu-95 nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nəsimi metrostansiyası

  • Fevral 25, 2026

    Avtomobil sənayesi

  • Fevral 27, 2026

    Əl-Audca

  • Fevral 27, 2026

    Aliyə Qarayeva

  • Fevral 27, 2026

    Çin qırğızları

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst