Alçalıdağ — Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində dağ (hünd. 2603,0 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan, onun Dəmirlisuçay-Kolanısuçay suayırıcısını təşkil edən eyniadlı qolunda zirvə. Ləkətağ kəndindən 4 km şimal-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən eyniadlı sinklinalın şimal qanadında və ondan şimalda izlənilən Kolanısu antiklinalının cənub qanadında) yerləşir. Cənub-şərq və cənub-qərb yamaclarında müvafiq olaraq şimal-şərq və şimal-qərb istiqamətli qırılmalar izlənilir. Cənub-qərb yamacında eyniyaşlı andezit-porfirit tərkibli kiçik subvulkanik kütlələrin çıxışları müşahidə olunur.
| Alçalıdağ | |
|---|---|
| Ümumi məlumatlar | |
| Dağ sistemi | Kiçik Qafqaz |
| Mütləq hündürlüyü | 2603 m |
| Yerləşməsi | |
| Ölkə | |
| Vilayət | |
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Alçalıdağ haqqında məlumat. Alçalıdağ nədir? Alçalıdağ nə deməkdir?