Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

1911-ci ildə Bakıda nəşr olunmuşdur. İlk nömrəsi yanvarın 21-də, sonuncu, 44-cü nömrəsi martın 18-də çıxmışdır. "Günəş" və "Həqiqət" qəzetlərinin davamı idi. "Y

Yeni həqiqət

  • Ana Səhifə
  • Vikipediya
  • Yeni həqiqət

"Yeni həqiqət" qəzeti (az.-əski. یݣی حقيقت‎) — 1911-ci ildə çıxmış gündəlik qəzet.

Yeni həqiqət
az.-əski. یݣی حقيقت‎
Sahibi Oruc Orucov
Nəşriyyat Orucov Qardaşları Mətbəə Nəşriyyatı
Baş redaktor
  • Oruc Orucov
Redaktor
  • Məhəmmədsadıq Axundov
Yaranma tarixi 21 yanvar (3 fevral) 1911
Dil Azərbaycan dili
Nəşrini dayandırıb 18 (31) mart 1911
Baş ofis
  • Bakı
Ölkə
  •  Rusiya imperiyası

Mündəricat

Tarixi

1911-ci ildə Bakıda nəşr olunmuşdur. İlk nömrəsi yanvarın 21-də, sonuncu, 44-cü nömrəsi martın 18-də çıxmışdır. "Günəş" və "Həqiqət" qəzetlərinin davamı idi. "Yeni həqiqət"də müxtəlif siyasi-inzibati regionların həyatına dair informasiyalar, beynəlxalq siyasətə, dini məsələlərə dair məqalələr, bədii ədəbiyyat nümunələri dərc olunurdu. Qəzetin naşiri və baş redaktoru Oruc Orucov, əsas müəllifləri Əhməd bəy Ağayev (Ağaoğlu), Mirzə Ələkbər Sabir, Əliabbas Müznib, Mirzə Məhəmməd Axundov, Məhəmmədsadıq Axundov, Abdulla bəy Divanbəyoğlu, Azad Mərəndi, Əliqulu Qəmküsar və b. idi.

Fəaliyyəti

Avropa dövlətlərinin şərqdə müstəmləkəçilik siyasətinin tənqidi, dünya müsəlmanlarının birliyi, "İttihadi-islam" ideyasının təbliği "Yeni həqiqət"in əsas ideya istiqamətini təşkil edirdi. Ə.Ağayevin "Osmanlı məktubları" silsiləsin=də, Haşım Məhəmmədzadənin "Avropalılar və ovçuluq", İstanbul müxbirinin "Müsəlmanlara qəsd" məqalələrində və s. yazılarda imperialist dövlətlərin, o cümlədən Rusiyanın müsəlman xalqlarına qarşı yürütdükləri təcavüzkarhq siyasəti ifşa olunurdu. Məhz buna görə də 1911-ci il martın 19-da "Yeni həqiqət"in nəşri dayandırıldı, naşir-redaktoru Oruc Orucov həbs olunaraq Rusiyanın daxili quberniyalarına sürgün edildi.

Fəaliyyətinin dayandırılması

Qısa müddətdə çıxmasına baxmayaraq, "Yeni həqiqət" milli ictimai-siyasi şüurun, istiqlal ideyalarının oyanışında müəyyən rol oynamışdır.

Həmçinin bax

  • Oruc Orucov

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yeni həqiqət haqqında məlumat. Yeni həqiqət nədir? Yeni həqiqət nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    UTC−11:00

  • Fevral 27, 2026

    Vaş (medye)

  • Fevral 27, 2026

    İslam Dövləti

  • Fevral 17, 2026

    URL

  • Fevral 27, 2026

    Fruktozo-2,6-bisfosfat

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst