Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rəng – sarımtıl, agımtıl-yaşıl, sarımtıl-yaşıl, mavi, bənövşəyi, boz, qırmızımtıl-qəhvəyi, qəhvəyi, tüstü rəngli; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüş

Apatit

  • Ana Səhifə
  • Vikipediya
  • Apatit

Apatit — heksaqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.

Apatit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya heksaqonal sinqoniya[d]
Bərklik 6 ± 1
Zolaq rəngi ağ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Növ müxtəliflikləri

Xlorapatit, oksoapatit, karbonatapatit və b.

Xassələri

Rəng – sarımtıl, agımtıl-yaşıl, sarımtıl-yaşıl, mavi, bənövşəyi, boz, qırmızımtıl-qəhvəyi, qəhvəyi, tüstü rəngli; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından yağlı parıltıyadək; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 3,2-3,4; Sərtlik – 5; Kövrəkdir; Ayrılma – {0001} və {1011} üzrə qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamar, qabıqvari; Lüminessensiya – fosfo-ressensiya, flüoressensiya; Morfologiya – kristallar: qısa-və uzunprizmatik, nisbətən az hallarda lövhəvari, futlyaraoxşar, bəzən zonal; İkiləşmə: səciyyəvidir; Mineral aqreqatları: dənəvər, şəkərəbənzər, sıx, torpaqvari, kollomorf (kollofan) və çubuqvari əmələgəlmələr, qabıqlar, jelvaklar, gil mineralları, narın qum dənələri, kvars, kalsit və b. möhtəvilərini ehtiva edən, tez-tez rast gələn və fosforitlər adlanan incəlifli quruluşlu konkresiyalar, üzvi qalıqlar üzrə psevdomorfozalar.

Mənşəyi və yayılması

Apatitin genetik baxımdan ən müxtəlif yataqları içərisində əsas yeri onun maqmatik və çökmə yataqları tutur. Maqmatik apatitin böyük yığınları qələvi püskürmə süxurlarında qeyd edilir. Bəzən sənaye əhəmiyyətli miqdarda karbonatitlərdə rast gəlir. Böyük ölçülü çubuq formalı və prizmatik apatit kristalları qranit və qələvi peqmatitləri üçün səciyyəvidir. Apatitə həmçinin kontakt-metasomatik əmələgəlmələrdə, skarn tipli dəmir filizi yataqlarında, yüksək temperaturlu hidrotermal damarlarda, alp tipli damarlarda da rast gəlinir. Ekzogen apatit xüsusilə dəniz mənşəli çökmə süxurlarda geniş yayılmışdır. Dəniz hövzələrində fosforitlərin bütöv kütlələri və konkresiyaları xemogen-çökmə yolla və ölmüş mikroorqanizmlərin dəyişilməsi zamanı baş verən mürəkkəb biokimyəvi proseslər nəticəsində əmələ gəlir. Çökmə süxurlarda apatitə terrigen material kimi də rast gəlinir. Apatit fosforla zəngin əhəngdaşlarının aşınması nəticəsində də formalaşır. Tez-tez səpintilərdə qeyd olunur. Ay süxürlarında aşkar edilmişdir. Birlikdə rast gəldiyi minerallar: nefelin, kalsit, sirkon, vezuvian, kvars, sfen, qlaukonit, eqirin, evdialit, titanlı maqnetit, ilmenit, volframit və b. Mineralın tapıldığı yerlər: Xibin massivi, Kovdor yatağı, Cənubi-Rusiya çökəkliyi, Seliqdar, Slyudyanka (Rusiya); Podoliya (Ukrayna); Kiruna (İsveç); Edenqarden (Norveç); Qara-Tau (Qazaxıstan); Əlcəzair; Mərakeş; Kasipatnam (Hindistan); Florida, Aydaxo, Yuta, Montana şt-rı (ABŞ); Renfru (Kanada) və b. Azərbaycanın şimal-qərb hissəsində Eldar fosforit təzahürü məlumdur. Aksessor apatit Qobustanın balıqqulaqlı əhəngdaşlarında və bir çox intruziv süxurlarda müəyyən edilmişdir. Bundan başqa apatit Daşkəsənin skarn- və filiz əmələgəlmələrində, Alabaşlı yatağının hematit filizlərində, Tutqun və Çıraqdərə-Toğanalı filiz sahələrində, Konqur-Alangöz intruzivinin kontakt oreolunda və b. qeyd edilir.

Tətbiqi

Əsas etibarilə mineral gübrələrin (superfosfat, termofosfat, ammofos və b.) istehsalında istifadə edilir. Kimya və keramika sənayesində, metallurgiyada, kibrit, donuq şüşə istehsalında və başqa sahələrdə də tətbiq edilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Apatit haqqında məlumat. Apatit nədir? Apatit nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qaranlıq

  • Fevral 25, 2026

    Monqolustan şəhərləri

  • Fevral 27, 2026

    F.Muell.

  • Fevral 27, 2026

    Qəyyur Yunus

  • Fevral 27, 2026

    Üçbucaq

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst