Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kibernetika İnstitutu — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturuna daxil olmuş elmi tədqiqat institutu. 1958–1965-ci illərdə Hesablama Mərkə

Kibernetika İnstitutu

  • Ana Səhifə
  • Vikipediya
  • Kibernetika İnstitutu

Kibernetika İnstitutu — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturuna daxil olmuş elmi tədqiqat institutu. 1958–1965-ci illərdə Hesablama Mərkəzi, 2014-cü ildən isə İdarəetmə Sistemləri İnstitutu adlanmışdır.

Kibernetika İnstitutu
İSİ
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan
Tipi Elmi-tədqiqat institutu
Yaradılıb 1965-ci il
Bağlanıb 2026-cı il
Əvvəlki adı Kibernetika İnstitutu
Digər məlumatlar
Direktor akademik Əli Abbasov
Ünvan Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi, 68
Telefon (+994 12) 539-01-51
Sayt isi.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2025-ci ildə İdarəetmə Sistemləri İnstitutunun və Riyaziyyat və Mexanika İnstitutunun əsasında Riyaziyyat İnstitutu Publik Hüquqi Şəxs yaradılmışdır.

Mündəricat

Elmi istiqamətləri

İnstitutda aşağıdakı istiqamətlərdə fundamental nəzəri və tətbiqi elmi tədqiqat işləri yerinə yetirilir:

  • İdarəetmənin nəzəri və tətbiqi problemləri;
  • Süni intellekt texnologiyaları;
  • Sosial-iqtisadi sistemlərin tədqiqi.

Tarixi

Azərbaycanda Kibernetika sahəsində ilk tədqiqatlar 1952-ci ildə AEA-dakı Neft ekspedisiyası nəzdində Elektromodelləşdirmə laboratoriyasında başlanmışdır. 1952–1953-cü illərdən bu laboratoriyada quraşdırılmış şəbəkə modellər maşını neft laylarındakı müxtəlif proseslərin modelləşdirilməsi, süzülmə nəzəriyyəsi və neft yataqlarının əlverişli işlənməsi məsələləri həll edilirdi.

Neft ekspedisiyasının yenidən təşkili ilə əlaqədar olaraq Laboratoriya 1956-cı ildə Elmlər Akademiyasının Fizika və Riyaziyyat, 1958-ci ildə isə Riyaziyyat və Mexanika İnstitutunun tərkibinə daxil edilmiş və Hesablama mərkəzi adlandırılmışdır. 1959–1960-cı illərdə Azərbaycana ilk universal rəqəmli elektron maşınları ‒ "Ural-1" ,"BESM-2" gətirildikdən sonra ədədi üsullar, proqramlaşdırma, alqoritmlər yaradılması və ümumiyyətlə xalq təsərrüfat əhəmiyyətli səciyyəvi məsələlərin həlli sahəsində fəaliyyət başlandı və tezliklə xeyli sürətləndi.

1960-cı ildə isə Hesablama Mərkəzi müstəqil təşkilat kimi təsdiq edilmişdir. 1965-ci ildə Hesablama Mərkəzinin əsasında Kibernetika İnstitutu yaradılmışdır.

1971-ci ildə İnstitutun nəzdində təsərrüfat hesablı "Avtomatlaşdırılmış İdarəetmə Sistemləri" şöbəsi (2002-ci ildə müstəqil İnformasiya Texnologiyaları İnstitutuna çevrildi) yaradılmışdır. Kibernetika İnstitutu "Respublika Avtomatlaşdırılmış İdarəetmə Sisteminin" yaradılması üzrə baş təşkilat təyin olunmuşdu.

2014-cü ildə Nazirlər Kabinetinin qərarı ilə institutun adı dəyişdirilərək "İdarəetmə Sistemləri İnstitutu" adlandırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli Fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının "İdarəetmə Sistemləri İnstitutu" Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmişdir.

Direktorları

  • 1952–1965-ci illərdə: t.e.d., professor Səid Əmiraslan oğlu Ələsgərov,
  • 1965–1970-ci illərdə: akademik Əşrəf İsgəndər oğlu Hüseynov,
  • 1970–1988-ci illərdə: akademik Cəlal Eyvaz oğlu Allahverdiyev,
  • 1988–2020-ci illərdə: akademik Telman Abbas oğlu Əliyev,
  • 2021-2025-ci il illərdə: akademik Əli Məhəmməd oğlu Abbasov.

Həmçinin bax

  • Riyaziyyat və Mexanika İnstitutu
  • Məlumat Hesablama Mərkəzi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kibernetika İnstitutu haqqında məlumat. Kibernetika İnstitutu nədir? Kibernetika İnstitutu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Buxara

  • Fevral 26, 2026

    Volos

  • Fevral 27, 2026

    Ken (hərf)

  • Fevral 25, 2026

    Ameliya Erhart

  • Fevral 24, 2026

    Serblər

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst