Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Müşfiqə Qadınəfəndi (soyad qanunundan sonra Müşfiqə Qayı) (10 dekabr 1867, Artvin ili, Osmanlı imperiyası – 16 iyul 1961 və ya 18 iyul 1961, İstanbul) — 34-cü O

Müşfiqə Qadınəfəndi

  • Ana Səhifə
  • Vikipediya
  • Müşfiqə Qadınəfəndi

Müşfiqə Qadınəfəndi (soyad qanunundan sonra Müşfiqə Qayı) (10 dekabr 1867, Artvin ili, Osmanlı imperiyası – 16 iyul 1961 və ya 18 iyul 1961, İstanbul) — 34-cü Osmanlı sultanı II Əbdülhəmidin səkkizinci xanımı və "Babam Sultan Abdülhamid" adlı xatiratıyla məşhurlaşan Aişə Sultanın anası.

Müşfiqə Qadınəfəndi
Şəxsi məlumatlar
Doğum tarixi 10 dekabr 1867(1867-12-10)
Doğum yeri
  • Artvin ili, Osmanlı imperiyası
Vəfat tarixi 16 iyul 1961(1961-07-16) (93 yaşında) və ya 18 iyul 1961(1961-07-18) (93 yaşında)
Vəfat yeri
  • İstanbul, İstanbul ili, Türkiyə
Dəfn yeri Yəhya Əfəndi məzarlığı
Atası Mahmud bəy
Anası Əminə xanım
Həyat yoldaşı
  • II Əbdülhəmid
Uşağı
  • Ayşə Sultan
Ailəsi Osmanlı xanədanı

Mündəricat

Həyatı

Müşfiqə xanım 10 dekabr 1867-ci ildə Osmanlı tabeliyindəki Hopa şəhərində abxaz ailəsində dünyaya gəldi. Əsl adı Ayşə Ağırba idi. Atası 1877–1878 Osmanlı-Rusiya müharibəsinə könüllü qatılan və şəhid olan Mahmud bəy, anası isə Əminə xanım idi. Özündən 1 yaş kiçik Fatma adlı bacısı, 7 yaş böyük Şahin adlı bir qardaşı vardı. Müharibəyə getməzdən öncə atası Mahmud bəy ailəsini yaxın dostu Hüseyn Vasif Paşaya tapşırmışdı.

Hüseyn Vasif Paşanın xanımı Bəzminigar xanım Mahmud bəyin qohumu idi. Bu səbəblə Əminə xanımı razı salaraq 2 qızı Osmanlı sarayına təslim etməyə qərar verdi. Bəzminigar xanım evlənmədən öncə dövrün validə sultanı Pərtəvniyal xanımın xidmətində olmuşdu. Bu səbəblə qızları Pərtəvniyal xanımın xidmətinə verməyi qərarlaşdırdı. Pərtəvniyal xanım o illərdə oğlu Sultan Əbdüləzizin ölümündən təsirlənmiş, özünü ibadətə vermişdi. İki qızın adı dəyişdirildi və 2 yaşlı Fatmaya Dəstipəri, 3 yaşlı Ayşəyə isə Dəstizər adı verildi. Anası Əminə xanım və qardaşı Şahin bəy isə Bəzminigar xanımın yanında qaldılar. Ancaq sonrakı illərdə Mahmud bəyin müharibədə şəhid olması xəbəri eşidildi və ana-oğul yenidən vətənlərinə qayıtdılar. Onlardan bir daha xəbər alınmadı.

Pərtəvniyal xanımın vəfatından sonra bütün xidmətçiləri Dolmabağça sarayına köçürüldü. Aldığı saray tərbiyəsi və gözəlliyi ilə sarayda göz qamaşdıran Müşfiqə xanım Sultan Əbdülhəmidin diqqətini cəlb etdi. Nəhayət, Ulduz sarayına aparılan Dəstizər xanım 12 yanvar 1886-cı ildə burada Sultan Əbdülhəmidlə evləndi.

Nikah Seyid Əsad Əfəndi tərəfindən, Hacı Mahmud Əfəndi, Əli Əfəndi və Şərafəddin ağanın şahidliyində kəsildi. Toy hədiyəsi olaraq, Sultan Əbdülhəmid xanımına mükəmməl bir Qurani Kərim hədiyyə etdi. Qurani Kərimi açarkən ilk gördüyü söz olan "müşfiqun" sözündən təsirlənərək (Ənbiya surəsi, 28-ci ayə) Dəstizərin adını Müşfiqə qoydu. Sarayda qısa zamanda məşhurlaşdı. Çünki Müşfiqə xanım Sultan Əbdüləzizin son günlərindən etibarən sarayda xidmət edirdi və saray ənənələrinə hakim idi. Bacısının da adı dəyişdirilərək Şükriyə qoyuldu. Şükriyə xanım daha sonra sarayın xəzinədarı oldu və Sultan Əbdülhəmidin süd qardaşı İsmət bəyin ikinci oğlu Xalid Paşayla evləndirildi. Bu nikahdan Tofiq, Vədad, Rəfiq, Məbrurə və Hadiyə adlı 5 övladı dünyaya gəldi. Sultan Əbdülhəmidin vəfatından 5 ay öncə tifus xəstəliyinə yaxlanaraq vəfat etmişdir.

1886-cı ilin oktyabrında yeganə övladı olan Aişə Həmidə Sultanı dünyaya gətirdi. Xəbəri eşidən Sultan Əbdülhəmid xəbəri verən Filurya kalfaya bahalı bir cəvahirat, doğuşda iştirak edən Əbəzadə Kamilə xanıma isə 300 lirə hədiyyə etdi.

Sultan Əbdülhəmidin 1909-cu ildə devrilməsinin ardından onunla birlikdə Salonikiyə sürgünə getdi ancaq 1912-ci ildə cütlük İstanbula qaytarıldı. Ərinin vəfatı səbəbilə 1924-cü ildə baş tutan sürgündə adı çəkilmədi və Türkiyədə qaldı. Qızı Aişə Sultan isə ölkəni tərk etməyə məcbur oldu. 1934-cü ildə Müşfiqə xanım Qayı soyadını alaraq Türkiyə vətəndaşlığına keçdi. 1952-ci ildə qızının vətənə dönüşündən sonra qızıyla birlikdə yaşamağa başladı. Müsahibəyə gələn jurnalistlərin qeydlərinə görə, saraya kəniz olaraq gələn Müşfiqə xanım, Osmanlı sultanının qızı olan doğma qızı otağa hər daxil olanda, saray ənənəsinə uyğun olaraq ayağa qalxırdı.

16 iyul 1961-ci ildə Sərəncəbəydəki evində vəfat etdi. Məzarı Yəhya Əfəndi məzarlığına dəfn olundu.

Övladları

  • Ayşə Həmidə Sultan

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Müşfiqə Qadınəfəndi haqqında məlumat. Müşfiqə Qadınəfəndi nədir? Müşfiqə Qadınəfəndi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tünd göy

  • Fevral 27, 2026

    Yalova Qırğını

  • Fevral 27, 2026

    İmpalalar

  • Fevral 27, 2026

    Amorf dillər

  • Fevral 27, 2026

    Karen Horni

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst