Mövsüm Şahin oğlu Məmmədov (6 iyun 1967, Kosalar, DQMV) — Polkovnik, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı.
| Mövsüm Məmmədov | |
|---|---|
| Mövsüm Şahin oğlu Məmmədov | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 6 iyun 1967 (58 yaş) |
| Doğum yeri | Xankəndi şəhəri, Azərbaycan SSR, SSRİ |
| Vətəndaşlığı | |
| Milliyyəti | azərbaycanlı |
| Atası | Şahin |
| Anası | Firuzə |
| Hərbi fəaliyyəti | |
| Mənsubiyyəti | Azərbaycan Respublikası |
| Rütbəsi | Polis polkovniki |
| Döyüşlər |
|
| Təltifləri | |
Həyatı
Mövsüm Məmmədov 1967-ci il 6 iyun Qarabağ Xankəndində anadan olmuşdur. 1984-cü ildə burada təhsilini başa vurur. 1985–1987-ci illərdə hərbi xidmətdə olmuşdur. 1988-ci ildə Şuşada əmək fəaliyyətinə başlayır. 1990-cı ildə həyatını daxili işlər orqanına bağlayır.
Döyüşlərdə iştirakı
Mövsüm Şahin oğlu Məmmədov 1992–1993-cü illər erməni işğalçılarına qarşı vuruşmuş, xeyli quldur məhv etmişdi. Xocalı faciəsi zamanı onlarla insanın həyatını xilas etmişdi. 1994-cü ildə Şuşa rayon Polis İdarəsində bölüy komandiri təyin edilmişdir. 1998-ci ildə DİN-nin Polis Akademiyasını hüquq fakultəsini bitirmişdir. Aprel döyüşlərinin və Dəmir yumruq əməliyyatının aktiv iştirakçısı olmuşdur. Polis polkovnikidir, Bakı şəhər Baş Polis İdarəsində işləyir
Ailəsi
Ailəlidir , üç övladı var.
Milli Qəhrəman
Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli 533 saylı fərmanı ilə Məmmədov Mövsüm "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Ədəbiyyat
- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 200.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mövsüm Məmmədov haqqında məlumat. Mövsüm Məmmədov nədir? Mövsüm Məmmədov nə deməkdir?