Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qaraməryəm döyüşləri — Qafqaz İslam Ordusu qüvvələri ilə Stepan Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinin bolşevik-daşnak quldur dəstələrindən

Qaraməryəm döyüşləri

  • Ana Səhifə
  • Vikipediya
  • Qaraməryəm döyüşləri

Qaraməryəm döyüşləri — Qafqaz İslam Ordusu qüvvələri ilə Stepan Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinin bolşevik-daşnak quldur dəstələrindən ibarət Qafqaz Qırmızı Ordusu hissələri arasında baş vermiş döyüşlər (1918-ci il, 16–30 iyun).

Qaraməryəm döyüşləri
Tarix 29 iyun 1918
Yeri
  • Qaraməryəm

    Mündəricat

    Qaraməryəmin ələ keçirilməsi

    1918-ci il iyunun 16-da səhər saat 9-da başlayan döyüşdə Qafqaz Qırmızı Ordusunun 3-cü briqadasının qüvvələri azərbaycanlılardan, gürcülərdən və dağıstanlılardan ibarət dəstənin üzərinə hücuma keçdi. Türk hərbi qüvvələri bölgəyə gəlib çatmadığından Qaraməryəm ətrafında dayanan müdafiə dəstələri qeyri-bərabər döyüşdə geri çəkilmək məcburiyyətində qaldılar və bolşevik-daşnak qoşunları Qaraməryəmi ələ keçirdilər.

    İyunun 18-də bölgəyə yetişmiş 5-ci Qafqaz fırqəsinin (diviziyasının) 10-cu alayı da döyüşə qoşuldu. Lakin döyüş hazırlığı görülmədiyindən və əməliyyat planı istər diviziya, istərsə də ordu komandanlığı ilə razılaşdırılmadığından, nəticə uğursuz oldu. Göstərilən bütün cəhdlər boşa çıxdı. Daşnak Hamazaspın başçılıq etdiyi 3-cü briqadanın hissələri isə, əksinə, Qaraməryəmdə daha da möhkəmləndilər və Göyçaya hücum etmək üçün əlverişli mövqelər ələ keçirdilər.

    İlk döyüşlərin nəticələri Qafqaz İslam Ordusu komandanlığında ciddi təhlil olundu. Ordu komandanı Nuru paşa, Müsəlman korpusu komandanı Əliağa Şıxlinski, 5-ci Qafqaz firqəsinin qərargah rəisi Rüşdü bəy vəziyyətlə daha yaxşı tanış olmaq, qüvvələri yenidən qruplaşdırmaq və imkanları bütünlüklə səfərbər etmək məqsədilə cəbhə xəttinə gəldilər.

    Bakıya doğru uğurlu hücumların təşkil edilməsi üçün zəruri tədbirlər həyata keçirildi. Hər şeydən əvvəl, məhəlli komandanlıqlara azərbaycanlılardan ibarət silahlı dəstələrin təşkilini və Göyçay ətrafına göndərilməsini sürətləndirmək göstərişi verildi. Ağdaşdan 2 minlik silahlı dəstənin Göyçaya göndərilməsi qərara alındı.

    Göyçaya hücum

    Bunlardan əlavə, Nuru paşa Gəncədən 46-cı və 26-cı taborun, istehkam bölüyünün, dağ toplarının, 9-cu alayın pulemyot bölüyünün və könüllülərin göndərilməsi barədə əmr verdi. Bu işlər ayın 27-nə qədər davam etdirildi. Qafqaz İslam Ordusu qoşunları ayın 28-də bolşevik-daşnak qüvvələri üzərinə hücumla təşəbbüsü ələ almağı planlaşdırırdı. Lakin döyüşə hazırlıq planı iyunun 26-da bolşevik-daşnak qüvvələrinə məlum oldu. Qırmızı ordunun üç taboru ayın 27-də səhər saat 6-da Göyçay-Qaraməryəm şosesi boyunca, iki bölük piyada qüvvəsi isə şimaldan 10-cu və 13-cü alayların cinahlarına hücuma keçdi. Bolşevik-daşnak qüvvələrinin Göyçayın şimalından hücuma keçib, Qafqaz İslam Ordusu hissələrini qəfildən mühasirəyə almaq və zərbə vurmaq niyyəti aydın olanda, köməyə gəlmiş azərbaycanlı könüllü qüvvələrinə Veysəlli istiqamətində hücuma başlamaq, düşmənə cinahlardan və arxadan zərbə endirmək və Ağsu-Qaraməryəm yolunu kəsərək, onun geri çəkilməsinə mane olmaq əmri verildi. Saat 10-a yaxın bolşevik-daşnak qoşunlarının 10-cu alayının sol cinahına keçmək təhlükəsi güclənəndə, ehtiyatda saxlanmış 25-ci tabor döyüşə qoşuldu. Göyçayın şimalından bir bölüyə qədər süvari dəstəsi, həmçinin Ağdaşdan gətirilmiş könüllülər, Müsüslü dəstəsindən qüvvələr də 13-cü alayın sağ cinahına köməyə göndərildi. Nəticədə, Bığır istiqamətində irəliləyən bolşevik-daşnak qoşunlarının hərəkəti təxminən saat 15-də dayandırıldı, hətta 10-cu Qafqaz alayı cəbhəsində əks-hücum üçün yaxşı imkan yarandı. 5-ci Qafqaz firqəsi komandanlığı bu imkandan istifadə edərək, saat 18-də hər iki alaya əks-hücum əmri verdi. 10-cu alay əks-hücumla düşmən qüvvələrini 3 kilometr geriyə atdı. Lakin qaranlıq düşdüyü üçün alaya əvvəlki mövqelərinə qayıtmaq əmri verildi. İyunun 29-da səhər tezdən davam edən döyüş Qafqaz İslam Ordusu hissələrinin daha böyük uğuru ilə nəticələndi. Elə ilk anlardan təşəbbüsü ələ alan 10-cu və 13-cü alayın döyüşçüləri düşmənin müqavimətini tamamilə qırdılar.

    Döyüşlərin başa çatması

    Qırmızı ordu hissələrinin məğlubiyyəti ilə başa çatan döyüşlərin sonunda Qaraməryəmin qərb hissəsi tamamilə, şərq hissəsi isə qismən Qafqaz İslam Ordusu hissələrinin nəzarəti altına keçdi. Həlledici döyüşlərin uğurla başa çatdırılması ordunun şəxsi heyətində qəti qələbəyə inam yaratdı, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizədə dönüş nöqtəsi oldu.

    Həmçinin bax

    • Qafqaz İslam Ordusu
    • Nuru Paşa
    • Bakı döyüşü
    • Ağsu döyüşü

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qaraməryəm döyüşləri haqqında məlumat. Qaraməryəm döyüşləri nədir? Qaraməryəm döyüşləri nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Sərtlik

    • Fevral 27, 2026

      Nottinq-Hill

    • Fevral 27, 2026

      Maksim Litvinov

    • Fevral 27, 2026

      Sluç çayı

    • Fevral 24, 2026

      Dermatologiya

    Trend Mahnılar
    • Fevral 21, 2026

      Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

    • Fevral 21, 2026

      Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

    • Fevral 24, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

    • Fevral 22, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

    • Fevral 17, 2026

      Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst