Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gülablı kəndi Qarabağın dağlıq ərazisində yerləşən bir hissəsidir. Vaxtilə bu kənd Şuşa qəzasının tərkibində olmuşdur. Gülablı kəndini Tanrı sanki əhvalının xoş

Gülablı

  • Ana Səhifə
  • Vikipediya
  • Gülablı

Gülablı — Azərbaycan Respublikasının Ağdam rayonunun Gülablı kənd inzibati ərazi dairəsində kənd.

Gülablı
39°52′51″ şm. e. 46°56′50″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Ağdam rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 707 m
Saat qurşağı
  • UTC+04:00
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0224
Xəritəni göstər/gizlə
Gülablı xəritədə
Gülablı
Gülablı
Şuşa qəzası 1 yanvar 1903-cü illər xəritəsi.

Mündəricat

Tarixi

Gülablı kəndi Qarabağın dağlıq ərazisində yerləşən bir hissəsidir. Vaxtilə bu kənd Şuşa qəzasının tərkibində olmuşdur. Gülablı kəndini Tanrı sanki əhvalının xoş olduğu vaxtda yaradıb. Kəndi əhatə edən dağlar, zümrüd meşələr onun gözəlliyini birə beş artırırdı. Kənddən xeyli aralıda bulaq sularının bir-birinə qarışmasından əmələ gələn çayın kəndi ikiyə bölməsi bu yaşayış məntəqəsinin gözəlliyini bir az da tamamlayırdı. Gözəl təbiəti, saf havası qədimlərdən burada yaşayış olmasından xəbər verir. Təsadüfi deyil ki, xanlıq dövründə (söhbət Qarabağ xanlığından gedir) xan övladlarına dayə və süd anası Gülablı kəndindən tutulardı. Firudin Şuşinski yazırdı: "XVIII əsrdə İbrahim xan Şuşada doğulan hər bir oğlan uşağına Abdal-Gülablı kəndindən dayə və süd anası tutmaq barədə fərman verib. Bu kəndin əhalisinin şücaətini qiymətləndirən Qarabağ xanının bu fərmanına əməl olunması, oğlan uşaqlarının hünərli olmasına səbəb olmaqla yanaşı, həm də Abdal-Gülablıdakı gözəl səsə malik nəsillərin də Şuşada ecazkar səsli xanəndələrin yetişməsinə təsir edən əsas amillərdən idi. (F. Şuşinski. "Qarabağ musiqiçiləri". 1995, Bakı, "Maarif" nəşriyyatı). "Kiçikbəyim üçün Gülablı kəndindən gətirilmiş və o zamandan bəri sarayda qalmış dayə, xanımın qarşısında çömbəlib, onun baş barmaqlarını ağ ipliklə çatdı". (Yusif Vəzir Çəmənzəminli. əsərləri, ikinci cild. "Elm" nəşriyyatı, Bakı: 1976. s. 491)

Gülablı kəndi (işğaldan əvvəl)

Gülablı kəndi 1992-ci il sentyabrın 4-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. 2011-ci ilin sentyabrın 12-də kəndin ərazisi üzərində pilotsuz təyyarə qəzaya uğramışdır. Ermənilər dərhal özlərinin "yeni və gizli silahları vasitəsilə" Azərbaycana məxsus təyyarəni vurduğunu iddia etsələr də, aparılmış araşdırmalar təyyarənin Azərbaycana məxsus olmadığını göstərmişdir. Azərbaycan Müdafiə Nazirliyi də təyyarənin Azərbaycana məxsusluğunu təkzib etmişdir.

Tarixi mənbələrdə 16-cı əsrin əvvəllərində buradan Kür-Araz ovalığına əsasəndə Cavad qəzasına (indiki Salyan rayonun Qarabağlı kəndi) ərazisinə yerləşmişlər və hamin kəndin əsasını qoymuşlar.

20 noyabr 2020-ci ildə Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri Gülablı kəndinə daxil olmuş, kənd işğaldan azad olunmuşdur.

Əhalisi

Tanınmış şəxslər

  • Aşıq Valeh — XVIII əsrin görkəmli aşıqlarından biri.
  • Qurban Primov — Azərbaycanın xalq artisti, musiqiçi, tarzən.
  • Məcid Şamxalov — dramaturq, Azərbaycanın əməkdar artisti.
  • Cahid Camal — rəssam.
  • Şükufə Mirzəyeva — fəlsəfə elmləri doktoru, professor.
  • Ceyhun Mirzəyev — aktyor və kino rejissoru.
  • Səxavət Məmmədov — Azərbaycan xanəndəsi.
  • Murtuz Quliyev — Azərbaycan general-mayoru, Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı.
  • Xudu İbrahimoğlu — maarif xadimi, müəllim, publisist, şair.
  • Burzu Əliyev
  • Qulu Ağsəs — şair, esseist, naşir.
  • Rəmiş – gitaraçı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gülablı haqqında məlumat. Gülablı nədir? Gülablı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xudafərin körpüləri

  • Fevral 27, 2026

    Sahibəz-Zaman məscidi

  • Fevral 27, 2026

    Qan dövranı

  • Fevral 27, 2026

    Həsən Nəsrullah

  • Fevral 27, 2026

    120 (ədəd)

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst