Konstantin Krasusski (Moskva, 14 sentyabr 1867–Bakı, 4 aprel 1937)
| Konstantin Krasusski | |
|---|---|
| Doğum tarixi | |
| Doğum yeri | Moskva, |
| Vəfat tarixi | |
| Vəfat yeri | Bakı |
Həyatı
1891-ci ildə Peterburq Universitetini bitirmişdir. 1902-ci ildə Sankt-Peterburqda dissertasiya müdafiə edərək, kimya üzrə magistr - alimlik dərəcəsi almışdır. 1902-ci ildən Varşava Universitetində işləmişdir. 1929-cu ildə Azərbaycana dəvət olunmuş və1929-30-cu illərdə Bakı Dövlət Universitetində, 1930-37-ci illərdə isə Azərbaycan Sənaye İnstitutunda «Üzvi kimya» kafedrasına rəhbərlik etmişdir. 1935-ci ildə Azərbaycan Kimya İnstitutunun təşkilatçısı və ilk direktoru olmuşdur. K.A.Krasusski Azərbaycanda üzvi kimya elminin inkişafı və elmi kadrların hazırlanmasındakı xidmətlərinə görə1936-cı ildə “Azərbaycanın Əməkdar elm xadimi” adına layiq görülmüşdür. 1926-cı ildə Ukrayna EA-nın, 1933-cü ildə isə SSRİ EA-nın müxbir üzvü seçilmişdir. Onun tərəfindən tədqiq edilmiş proseslərdən biri “Krasusski qaydası” adı ilə üzvi kimyada geniş istifadə olunur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Konstantin Krasusski haqqında məlumat. Konstantin Krasusski nədir? Konstantin Krasusski nə deməkdir?