Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbül-Abbas Abdullah ibn Harun ər-Rəşid (ərəb. أبو العباس عبد الله بن هارون الرشيد‎) (13 sentyabr 786, Bağdad – 9 avqust 833, Tarsus) — yeddinci Abbasi xəlifəsi.

Məmun

  • Ana Səhifə
  • Vikipediya
  • Məmun

Əbül-Abbas Abdullah ibn Harun ər-Rəşid (ərəb. أبو العباس عبد الله بن هارون الرشيد‎) (13 sentyabr 786, Bağdad – 9 avqust 833, Tarsus) — yeddinci Abbasi xəlifəsi.

Əl-Məmun
ərəb. عبدالله المأمون‎
Əl-Məmun dönəminə aid qızıl dinarlar
Əl-Məmun dönəminə aid qızıl dinarlar
7. Abbasi xəlifəsi
ƏvvəlkiƏl-Amin
SonrakıƏl-Mötəsim
Şəxsi məlumatlar
Doğum tarixi 13 sentyabr 786(0786-09-13)
Doğum yeri
  • Bağdad, Abbasilər xilafəti
Vəfat tarixi 9 avqust 833(0833-08-09) (46 yaşında)
Vəfat yeri
  • Tarsus, Türkiyə
Fəaliyyəti Xəlifə
Atası Ər-Rəşid
Anası Mərəcil
Ailəsi Abbasilər
Dini İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Harun ər-Rəşidin oğlu Məmun (813–833) atasının siyasətlərini davam etdirdi.

Məmunun türklərdən ibarət ordu qurmasının ən böyük səbəblərindən biri dövlətdəki Fars (İran) təsirini qırmaqdı.

Mərvdə ikən baş verən olaylar Məmunun farslara və ərəblərə olan güvənini sarsdı. Məmun sadəcə İran ünsürünə dayanmanın yanlışlığını anlamışdı. Atası Harun dönəmindəki Bərməkilər olayında İran əhlinə olan güvəni azalmışdı. Ərəblərin Əmini dəstəkləməsiylə də onlara güvəni qalmamışdı. O qardaşı Əmin ilə xilafət mübarizəsində — xəzinənin və ordunun Əminin tərəfində qalmasından çəkinərək- dayıları olan Türk xaqanlarına sığınmaq istəmişdi. Fəqət vəzir Fəzl bin Səhl buna əngəl olaraq dayılarına sığınmamasını, amma onlardan yardım alaraq Əminə qarşı mübarizə etməsini tövsiyə etmişdi. Buna görə Məmun şərq sərhəd-sınırları qonşusu olan xaqanla yaxın münasibət qurmuşdu. Məmunun yeni bir qüvvəyə və təcrübəli sərkərdələrə ehtiyacı vardı. Ordudakı ərəb və fars ünsürünü türklər əvəz edə bilərdilər. Xorasandaykən yaxından tanıdığı və qabiliyətlərini gördüyü türkləri orduya alıb, özünə etibarlı bir dəstək-dayaq etməyi düşündü. Bundan dolayı xilafət ordusuna bu yeni qüvvəni qatdı. Xüsusilə son illərdə türkləri orduya almağı bir dövlət siyasəti halına gətirdi. Beləcə Məmun dönəmində az da olsa, türklərdən bir qüvvə təşkil oldu. Bunların içində Kavus Afşin, Əşnas, Buğa əl-Kəbir, Urtuc kimi sərkərdələr vardı. Məmun türklərə qarşı çox yumuşaq davranırdı. Türklərdən vergisini verməyən Kavusu yaxaladınca, cəza əvəzinə ona ikram etdi. Onu Orta Asiyadakı Türk ellərinə vali olaraq göndərdi. Uşruşanalı olan bu şəxsin oğulları Heydər, Fəzl və Rəşid xilafətin böyük sərkərdələri arasına girdilər.

Məmun dönəmindəki türkləri toplama və ordu təşkilatı işini qardaşı Mötəsim həyata keçirdi. Mötəsim Məmun zamanında Səmərqəndə Nuh bin Əsədin yanına Cəfər əl- Huşşəkini göndərdi. Bu şəxs oradan hər il bir miqdar türkü Bağdada gətirdi. Beləcə Məmun dönəmində orduda bəlli bir sayda Türk döyüşçüsü vardı. Bu türklər içində daha sonra Misirdə Tolonilər dövlətini quracaq olan Əhməd bin Tolunun atası Tolun da vardı. Məmunun bu birlikləri Fərqanə, Uşruşana, Şaş, və Soğdiana kimi bölgələrdən gətirildi. İlk nizami şəkildə türklərdən təşkil olan ordu bu şəkildə qurulmuş oldu. Mötəsim Avasım bölgəsində vali ikən belə Bizansla vuruşmaq üçün, topladığı türklərdən yaxşı bir süvari və oxçu bir birlik təşkil etmişdi.

Məmun Xorasanda başladığı türkləri orduya toplama işini inkişaf etdirməyi düşünür, dövlətə qarşı qalxan üsyanlarda bunlardan çox faydalanmak istəyirdi. Artıq Bizans hücumlarına da qarşı qardaşı Mötəsimin əmrindəki Afşin, Əşnas, Buğa əl-Kəbir kimi türk sərkərdələr göndərilirdi. Bu Türk sərkərdələrdən Əşnas h.215-ci (M.830-cu) ildə Anadoluya uğurlu basqınlar etmişdi. Eyni sərkərdə ilə birlikdə yenə bir türk olan Sərcun Xaricilər (Xəvariciyyun) üsyanını yatırmışdı. Digər bir sərkərdə Afşin isə Misirdəki üsyanı yatırıb, dövlət işlərini qaydasına qoymuşdu. Artıq türklər orduda önəmli və təqdirə layiq bir güvvə sayılırdı.

Xəlifə Məmun Pozantıda vəfat edəcəyi sırada, könlündə oğlu Abbas olsa da, orduda və idarədə o anda təsirli olan türklərin israrlı istəmələri nəticəsində Mötəsim xəlifə elan edilmişdir.

Həmçinin bax

  • Abbasilər xilafəti
  • Harun Rəşid

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məmun haqqında məlumat. Məmun nədir? Məmun nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 21, 2026

    Mao Tsedun

  • Fevral 24, 2026

    Yaponiya imperiyası

  • Fevral 27, 2026

    Cahangir Cahangirov

  • Fevral 26, 2026

    Kufə

  • Fevral 24, 2026

    Dinlərin siyahısı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst