Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şeyx Mənsur (çeç. Мансур; iyun 1762 – 13 aprel 1794, Şlisselburq[d], Sankt-Peterburq quberniyası[d]) — XVIII əsrin sonunda Qafqaz qaçaqlarının hərbi, dini və si

Şeyx Mənsur

  • Ana Səhifə
  • Vikipediya
  • Şeyx Mənsur

Şeyx Mənsur (çeç. Мансур; iyun 1762 – 13 aprel 1794, Şlisselburq[d], Sankt-Peterburq quberniyası[d]) — XVIII əsrin sonunda Qafqaz qaçaqlarının hərbi, dini və siyasi lideri; müridizmin yayıcısı. Sovet tarixşünaslığında o, ilk Qafqaz inqilabçısı kimi tanınır.

Şeyx Mənsur
çeç. Мансур
Şəxsi məlumatlar
Doğum tarixi iyun 1762(1762-06)
Vəfat tarixi 13 aprel 1794(1794-04-13) (31 yaşında)
Vəfat yeri
  • Şlisselburq[d], Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası
Dəfn yeri
  • Leninqrad vilayəti
Vətəndaşlığı
  •  Çeçenistan
Hərbi fəaliyyəti
Rütbəsi
  • hərbi lider[d]
Döyüşlər
  • Qafqaz müharibəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Qafqazda müridizmin ilk yayıcısı 1760-cı ildə Çeçenistanda doğulmuş Şeyx Mənsur olmuşdur. O, istilaçılara qarşı cihad elan etmiş, on minlik qoşun yaradaraq 1783-cü ildə rusları Terek nəhri ətrafında məğlubiyyətə uğratmışdı. 1786-cı ildə Kabarda bölgəsinin bir hissəsini işğaldan qurtarmış, çərkəzləri də düşmənlər əleyhinə qaldırmağa müvəffəq olmuşdu. XVIII əsrin sonlarında Mənsur öz təlimini çeçenlər arasında təbliğ etməyə, onları Rusiyaya qarşı yönəltməyə başladı. Mənsurun müasirləri qeyd edirdi ki, onu digərlərindən daha çox dəstəkləyənlər çeçenlər olmuşdur, bu, yəqin ki, Şeyx Mənsurun çeçenlərlə birgə olduğu müddətdə onlara verdiyi dəstəklə bağlı idi. Çərkəzlərin torpaqlarına köçdükdən sonra onun əsas silahdaşları çərkəzlər olmuşdur. Mənsur Çeçenistanda fəaliyyətə başlayanda (Benniqsenin fikrincə, o, 1784-cü ildə özünü imam elan etmiş, 1785-ci ildə fəal təbliğata başlamışdır) Türkiyə Krımın qaytarılması üçün Rusiya ilə fəal şəkildə müharibəyə hazırlaşırdı. Tədqiqatçı Benniqsen hesab edir ki, Mənsur Çeçenistanda İslamı təbliğ etməyə başlayanda formal olaraq, İslamı qəbul etmiş, lakin bütpərəstlik inanclarını qoruyub saxlayan sadə dağlılardan fərqli olaraq, çeçen aristokratiyasının əksər hissəsi artıq İslamı qəbul etmişdi. Rus komandanlığı Şeyx Mənsurun başladığı hərəkatdan vahiməyə düşərək, böyük qoşun dəstələri yaradır; iki diviziya, onlarla süvari polku, iki kazak alayı eyni vaxtda Mənsurun üzərinə yeridilir və Anapa döyüşlərində Şeyx Mənsur əsir alınır. Bu yenilməz mücahid Rusiya İmperiyasının çariçası Yekaterinanın əmri ilə 1794-cü ildə edam olunur. Bundan sonra İmam Mənsurun tərəfdarları dağılır və müridizm hərəkatı bir qədər səngiyir. Yalnız 1823-cü ildən sonra müridizm Dağıstanda və Çeçenistanda yeni zəmində dirçəlir və inkişaf edir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şeyx Mənsur haqqında məlumat. Şeyx Mənsur nədir? Şeyx Mənsur nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bezye (rayon)

  • Fevral 27, 2026

    Luara çayı

  • Fevral 25, 2026

    Gözəllik

  • Fevral 27, 2026

    Doymuş yağlar

  • Fevral 27, 2026

    Lima

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst