Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cənubi Ural — Ural dağlarının cənubunda yerləşən və onun ən enli hissəsini təşkil edən silsilə. Silsilə Ufa çayı ilə Ural çayı arasında yerləşir. Qərbdən və şər

Cənubi Ural

  • Ana Səhifə
  • Vikipediya
  • Cənubi Ural

Cənubi Ural — Ural dağlarının cənubunda yerləşən və onun ən enli hissəsini təşkil edən silsilə. Silsilə Ufa çayı ilə Ural çayı arasında yerləşir. Qərbdən və şərqdən müvafiq olaraq Şərqi Avropa düzənliyi və Qərbi Sibir düzənliyi ilə əhatələnir. Şimaldan Orta Ural dağları ilə əhatələnir. 56° şimal enliyi sərhəd rolunu oynayır. Cənub sərhədi Qazaxıstanın Aktyobinski rayonu ərazisindən keçir.

Cənubi Ural
Ümumi məlumatlar
Mütləq hündürlüyü 1640 m
Uzunluğu 160 km
Süxurları metamorfik
Yerləşməsi
54°00′27″ şm. e. 58°29′52″ ş. u.HGYO
Ölkələr
  •  Rusiya
  •  Başqırdıstan
  •  Qazaxıstan
Cənubi Ural xəritədə
Cənubi Ural
Cənubi Ural
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ən hündür zirvəsi: Yamantau dağı (1 640 m). Cənubi Ural 250 km, uzunluğu isə 550 km təşkil edir.

İqlimi

Cənubi Ural kəskin kontinental iqlimə malikdir. Qışı soyuq, yayı isə istidir. Qışda Asiya antisiklonunun təsirinə məruz qalır. Qışda Sibirdə formalaşan hava, qışda isə Kara və Barens dənizləri üzərində formalaşan arktik hava kütlələri təsir göstərir. Üstəlik onun iqliminə təsir göstərən digər amil Qazaxıstan və Orta Asiya üzərində formalaşan tropik hava kütlələridir. İqlimin kontinentallığı şimal-qərbdən cənub-şərqə artır.

Qış (noyabrın ortasında — mart) — davamlı, sərt, aydın səmalı günlər. Külək və fırtılar müşahidə edilir. Orta aylıq temperatur yanvar ayında 22 °C (minimal −45 °C) olur. Bəzən Atlantik okeandan gələn siklonların hesabına sulu qar, yağış və dumana kimi təbii hadisələrin baş verməsinə səbəb olur. İlk qar oktyabrda yağır. Davamlılıq noyabrdan başlayır. Qar örtüyünün qalınlığı martda 40—80 sm olur.

Yaz (aprel — may) — sərin, donmalar. Dumanlı qarlı və yağışlı günlərlə yanaşı aydın havalar da müşahidə edilir. Qar örtüyü aprelin ortalarına qədər qalır. Bəzi illərdə hətta maya qədər qala bilir. Donmalar iyulun əvvəllərinə qədər müşahidə edilir

Yay (iyun — aqust) — mülayim isti havalar müşahidə edilir. İyul ayının orta temperaturu +19 °C (maksimal +34 °C) təşkil edir. Avqustda yağıntıların miqdarı azalır və aydın günlərin sayı artır. Ayın sonları donlar başlayır.

Payız (sentyabr — noyabrın birinci yarısı) — soyuq, yağmurlu və küləklərlə müşahidə edilən günlər. Yağıntılar əsasən yağış halında düşür.

İl ərzində küləklər qərb, cənub-qərb istiqanətdə axır. Əsasən yaz və yay ayları nüşahidə edilir. Küləyin gücü 1,3 — 4,3 m/s-dır.

İllik yağıntının miqdarı 350 - 700—800 mm arasında dəyişir. Qar örtüyünün maksimal qalınlığı 50 sm-dir. Qar örtüyü 170 gün qalır.

Hidroqrafiya

Ağidel (çay)
İnzer çayı
Ufa çayı

Cənubi Ural silsiləsinə aid olan çayların böyük qismi Xəzər dənizi hövzüsünə daxildir. Bircə silsilənin şimalından başlayan Uy və Miass çayları Ob çayına axır. Bunlar isə öz növbəsində Şimal Buzlu okeana aiddir. Silsilədən balayan çaylar:

  • Ağidel (çay)
  • Ural çayı
  • Ufa çayı
  • Sim çayı
  • Samkara çayı
  • Dyomka çayı
  • Yoryozan çayı
  • Ay çayı
  • İnzer çalı
  • Zilim çayı
  • Lemeza çayı
  • Nuquş çayı
  • Uy çayı
  • Miass çayı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cənubi Ural haqqında məlumat. Cənubi Ural nədir? Cənubi Ural nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Calanthe delavayi

  • Fevral 23, 2026

    Hava

  • Fevral 27, 2026

    Qarabağlar

  • Fevral 25, 2026

    Zəngəzur dağları

  • Fevral 12, 2026

    Mif

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst