Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Klaudio Monteverdi (it. Claudio Giovanni Antonio Monteverdi; 15 may 1567[…], Kremona, Milan hersoqluğu, İspaniya imperiyası – 29 noyabr 1643[…], Venesiya, Venes

Klaudio Monteverdi

  • Ana Səhifə
  • Vikipediya
  • Klaudio Monteverdi

Klaudio Monteverdi (it. Claudio Giovanni Antonio Monteverdi; 15 may 1567[…], Kremona, Milan hersoqluğu, İspaniya imperiyası – 29 noyabr 1643[…], Venesiya, Venesiya Respublikası) — Son Renessans və Erkən Barokko dövrlərinin italyan musiqiçisi, opera bəstəkarı və müğənnisi. 1607-ci ildə yazdığı "Orfey" operası ilk böyük operalardan biri hesab edilir.

Klaudio Monteverdi
it. Claudio Monteverdi
Ümumi məlumatlar
Doğum tarixi 15 may 1567(1567-05-15)[…]
Doğum yeri
  • Kremona, Milan hersoqluğu, İspaniya imperiyası
Vəfat tarixi 29 noyabr 1643(1643-11-29)[…] (76 yaşında)
Vəfat yeri
  • Venesiya, Venesiya Respublikası
Musiqiçi məlumatları
Fəaliyyəti musiqi nəzəriyyəçisi, katolik keşişi[d], klassik musiqi bəstəkarı, müğənni, bəstəkar, opera bəstəkarı, xoreoqraf, musiqişünas
Fəaliyyət illəri 1582–1643
Janrlar opera, barokko
Musiqi alətləri orqan[d]
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bronze bust of Monteverdi at Public Gardens II İohann Pavel, in Kremona.

Həyatı

Ailədəki 5 uşaqdan böyüyü olan Klaudio 1567-ci ildə İtaliyanın Kremona şəhərində həkim-cərrah Baltazar Monteverdinin ailəsində dünyaya gəlmişdir. Uşaq yaşlarından etibarən Kremona kafedral kilsəsində Mark Antonio İncenyerinin yanında musiqi təhsili almışdır. 1580-ci illərin sonlarına doğru müasir üslubda dini və digər mövzulu əsərlərin yer aldığı musiqi kitabları nəşr etdirmişdir.

1591-ci ildən Mantuya hersoqu I Vinçenso Qonzaqanın (1562–1612) sarayında müğənni və viola ifaçısı kimi xidmət etməyə başlamış, 1602–1612-ci illərdə isə kapelmeyster olmuşdur. 1599-cu ildə saray müğənnisi Klaudiya Kattaneya ilə evlənmiş və bu evliliyindən üç uşağı olmuşdur, lakin onlar doğulduqdan qısa müddət sonra vəfat etmişdilər. 1607-ci ildə isə Klaudiya özü də vəfat etdi.

Monteverdi, Florensiya operalarından təsirlənmişdi. İlk operası olan "La favola d'Orfeo"nu (Orfey əfsanəsi) 1607-ci ildə tamamladı. Hersoq 1612-ci ildə öldükdən sonra Monteverdi Venesiyada San-Marko kilsəsində kapelmeyster kimi işə başladı. Yazdığı bir sıra dini əsər ona bütün Avropada şöhrət gətirdi.

1637-ci ildə Venesiyanın ilk opera binasının açılmasından sonra Monteverdi opera bəstələmək sahəsində fəaliyyətini artırdı, lakin təəssüf ki, bu əsərlərdən sadəcə ikisi bugünədək gəlib çatmışdır — "Il ritorno d'Ulisse in patria" (Odisseyin vətənə qayıtması) və "l'Incoronazione di Poppea" (Poppeanın tacqoyması). Bu əsərlərdən ikincisi, onun şahəsəri hesab edilir.

Monteverdi, həyatı boyu Venesiya əhalisindən böyük rəğbət görmüş, məzarının yerləşdiyi Frarri kilsəsinə xatirə lövhəsi qoyulmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Klaudio Monteverdi haqqında məlumat. Klaudio Monteverdi nədir? Klaudio Monteverdi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Nurulla Əliyev

  • Fevral 27, 2026

    Skayler Vayt

  • Fevral 27, 2026

    Burqoniya sülaləsi

  • Fevral 27, 2026

    Veb sayt

  • Fevral 27, 2026

    Bakı (qəzet)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst