Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dövlət Xatun (1361 və ya 1365, Kütahya – 23 yanvar 1414 və ya 1411, Ədirnə) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin xanımı və Çələbi Mehmedin anası, Validə sul

Dövlət Xatun

  • Ana Səhifə
  • Vikipediya
  • Dövlət Xatun

Dövlət Xatun (1361 və ya 1365, Kütahya – 23 yanvar 1414 və ya 1411, Ədirnə) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin xanımı və Çələbi Mehmedin anası, Validə sultan.

Dövlət Xatun
Dəfn edildiyi Dövlət Xatun türbəsi, Bursa
Dəfn edildiyi Dövlət Xatun türbəsi, Bursa
Validə sultan
ƏvvəlkiGülçiçək Xatun
SonrakıƏminə Xatun
Şəxsi məlumatlar
Doğum tarixi 1361(1361) və ya 1365(1365)
Doğum yeri
  • Kütahya
Vəfat tarixi 23 yanvar 1414(1414-01-23) (48–53 yaşında) və ya 1411(1411) (45–50 yaşında)
Vəfat yeri
  • Ədirnə, Osmanlı imperiyası
Dəfn yeri Dövlət Xatun türbəsi, Bursa
Fəaliyyəti əsilzadə
Həyat yoldaşı İldırım Bəyazid
Uşaqları I Mehmed, Mustafa Çələbi
Ailəsi Osmanlı xanədanı
Dini İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

1361-ci ildə dünyaya gəldiyi ehtimal olunur. İldırım Bəyazidin Kütahya sancaqbəyi olduğu illərdə saraya alındığı və yeganə övladını da burada dünyaya gətirdiyi bilinir. Saraya necə alındığı bilinməsə də, vəqf sənədlərində "Abdullah qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq alındığı anlaşılır.

1386-cı ildə yeganə övladı olan Mehmed Çələbini dünyaya gətirdi. Bəzi mənbələrdə İsa Çələbinin də anasının Dövlət Xatun olduğu qeyd edilsə də, bu məlumat yanlışdır. Belə ki, İsa Çələbi İldırım Bəyazidin xanımlarından və Gərmiyanoğlu Süleyman bəyin qızı olan Dövlətşah Xatundan dünyaya gəlmişdir.

1393-cü ildə Amasya sancaqbəyi təyin edilən oğlu Mehmed Çələbiylə birlikdə Amasyaya yollandı və 1402-ci ilədək burada qaldı. Ankara döyüşü və ardından başlayan taxt mübarizəsi illərində Bursada yaşayan Dövlət Xatun oğlunun 1413-cü ildə hakimiyyəti ələ almasıyla Ədirnə sarayına gətirildi. Burada sultanın anası olaraq nüfuz qazandı. Ancaq çox keçmədən 23 yanvar 1414-cü ildə Ədirnədə vəfat etdi. Cənazəsi oğlu tərəfindən Bursada inşa olunan Dövlət Xatun türbəsinə dəfn edildi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dövlət Xatun haqqında məlumat. Dövlət Xatun nədir? Dövlət Xatun nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Quşçu Ayrım

  • Fevral 27, 2026

    İfrikiyyə

  • Fevral 27, 2026

    Ehtiyatsızlıqdan qətl

  • Fevral 27, 2026

    Məhsəti Gəncəvi

  • Fevral 27, 2026

    49 (ədəd)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst